» » » Hüquqi şəxslər üçün mikro sahibkarlıq subyektlərində sosial sığorta

Hüquqi şəxslər üçün mikro sahibkarlıq subyektlərində sosial sığorta

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Məcəllənin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Hər iki sahibkarlıq subyekti üçün müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayı 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır. Bəs mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin fiziki şəxslərə nisbətdə sosial sığorta haqqı ödəmələrindəki üstünlüyü nədədir?

Biznes hesabi

Bildiririk ki, həm hüquqi şəxs, həm də fiziki şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər), sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən, gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla, qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibarilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, fərdi sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Qanunun müddəalarına əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Əlavə olaraq, qanunvericiliyə əsasən, 3 muzdlu işçi üçün muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisinə aid edildiyi halda, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin, “İşsizlikdən sığorta haqqında” Qanunda sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanmalı və “Tibbi sığorta haqqında” Qanuna əsasən, işçinin əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faizi həcmində icbari tibbi sığorta haqqı hesablanaraq tutulması və ödənilməsi müəyyən edilib.

Beləliklə, Bakı şəhərində digər sahələrdə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın bir ayı üzrə vergi və məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə öhdəlikləri aşağıdakı kimi olacaq:

Fərdi sahibkar üçün

Fərdi sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 400 * 25% = 100 manat Bakı şəhərində 100 faizi = 100 manat;
İcbari tibbi sığorta haqqı üzrə minimum aylıq əməkhaqqının 400 * 4 % = 16 manat.

Muzdlu işçi üçün

(Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə)

Əməkhaqqı

TUTULMUŞDUR

İşəgötürən tərəfindən

CƏMİ tutulmuşdur

Ödənilməli məbləğ

Gəlir vergisi

Pensiya fondu 3%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

Pensiya fondu 22%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

1,200.00

78.00

6.00

24.00

222.00

6.00

24.00

108.00

1,092.00

Hüquqi şəxs üçün

(Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə)

Əməkhaqqı

TUTULMUŞDUR

İşəgötürən tərəfindən

CƏMİ tutulmuşdur

Ödənilməli məbləğ

Gəlir vergisi

Pensiya fondu 3%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

Pensiya fondu 22%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

1,200.00

78.00

6.00

24.00

222.00

6.00

24.00

108.00

1,092.00

Qeyd: “Pensiya fondu” qrafasında hesablamalar 200 manatadək 3 faiz və 22 faiz, 200 manatdan yuxarı hissədən isə 10 faiz və 15 faiz nəzərdə tutulur.

Beləliklə, bir ay üzrə fərdi sahibkar və onun muzdlu işçi üçün ümumilikdə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə öhtəliklərinin cəmi 100+16+222+6+24 = 368 manat edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ümumi yanaşmasına görə, Məcəllənin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan dedikdə, hüquqi şəxsin qanuni təmsilçisi və əlavə olaraq iki işçi bu güzəştdən yararlanma hüququ əldə edir. Ancaq bu Məcəllənin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan dedikdə isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin özlərindən əlavə olaraq üç işçi nəzərdə tutulur. Bu da, öz növbəsində, hüquqi şəxslərə nisbətdə əlavə sosial sığorta haqqı öhdəliyi yaradır.

Mənbə: vergiler.az

İşsizlikdən sığorta haqlarının artırılması nəzərdə tutulur