» » » Şirkət necə qurulmalıdır?

Şirkət necə qurulmalıdır?

posted in: Xəbər | 0

Addım 1: Hər şey ideyadan başlayır

Hər kəs ömründə bir dəfə də olsa biznes yaratmaq, şirkət açmaq haqqında fikirləşib, xəyal qurub. Təbii ki, bu zaman bir sıra suallar meydana çıxıb: bunu nə vaxt etməliyəm, bunun üçün nə qədər pul lazımdır, şirkət necə qurulmalıdır?

Şirkət qurmaq ətrafında düşəncələrdən müxtəlif biznes idyealar yarana bilər. Onlardan ən uyğununu seçmək üçün, bilmək lazımdır ki, o:

  • hansı problemləri həll edəcək;
  • hansı müştəri auditoriyasına istiqamətlənib;
  • əvvəllər bunu edən varmı, onlardan nə ilə fərqlənəcək.

Nəzərə almaq lazımdır ki, bu mərhəldə yaradıcılıq, müşahidə və bazar hissi lazımdır, sənəd və pul yox.

Addım 2: Plan ideyanı biznesə çevirir

İdeyanız formalaşıb, amma o hələ biznes deyil. Çoxlu ideyalar sadalamaq olar ki, onların:

Biznes hesabi
  • bazarı yoxdur;
  • maya dəyəri yüksəkdir;
  • hüquqi və ya vergi baxımından sərfəli deyil.

Sizə artıq plan lazımdır, ideya istəkdir, arzudur, biznes isə hesablanmış qərar: plan ideyanı biznesə çevirir.

Uğurlu biznes plan hazırlamaq istəyirsiniz? Buraya keçid alın!

Addım 3:  Şirkət necə qurulmalıdır?

İdeyanız var, sadə analiz aparıb plan tərtib etmisiniz, artıq şirkət qurub rəsmi fəaliyyət haqqında düşünmək olar.

Bunun üçün:

  • quracağınız şirkətin növü barədə qərar verməlisiniz (şirkət qurmağın dəyəri şirkət növündən asılı olaraq dəyişir).
  • rəsmi fəaliyyət üçün üçün tələbləri yerinə yetirmək lazımdır (qeydiyyat, notariat təsdiqi və vergi uçotu kimi prosedurlar);
  • müəyyən təşkilatı işləri görmək vacibdir (ofisinizin ünvanı, telefon məlumatları, elektron resurslar (email, sosial şəbəkələrdə səhifələr) və sair);
  • qeydiyyatdan sonrakı işləri də unutmayın (möhür, banka hesabları, mühasibat uçotunn qurulması)
  • davamlı biznes fəaliyyətinə başlayın.

Bu qeyd edilənlər “Şirkət necə qurulmalıdır?” sualı ətrafında müəyyən təsəvvürlər formalaşdırır.

Adım 4: Hansı şirkət növünü seçməli?

Azərbaycanda biznes qurmaq istəyən yerli vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı təşkilati-hüquqi formalardan birini seçərək kommersiya fəaliyyəti göstərə bilər:

  • Məhdud Məsuliyyətli Cəmiyyət (MMC);
  • Səhmdar Cəmiyyət (açıq yaxud qapalı);
  • nümayəndəlik yaxud filial;
  • fərdi sahibkarlıq (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti).

Azərbaycan qanunvericiliyinə görə hər bir şirkətinin unikal adı olmalıdır. Adın təkrarlanmaması üçün şirkət axtarışı və dövlət reyestrində oxşar hüquqi adlar yoxlanılır.

Addım 5. Şirkətin qurulması üçün hansı sənədlər zəruridir?

Hüquqi şəxs ən azı 1 təsisçi ilə yaradıla bilər. Təsis yığıncağında şirkətin yaradılması haqqında qərar (təsis protokolu) hazırlanır. Qeydiyyat üçün bir təsisçi + bir direktor da kifayətdir, təsisçi direktor da ola bilər.

Şirkətin nizamnaməsinin hazırlanması üçün Dövlət Vergi Xidmətinin onlayn formalarından da istifadə etmək olar. Nizamnamədə şirkətin daxili idarəetmə qaydaları, səlahiyyət və məsuliyyətlər qeyd edilir.

Qeydiyyat üçün təsisçilərin və direktorun şəxsiyyətini təsdiq edən sənəd (fiziki şəxslər üçün), habelə VÖEN-i (sahibkarlıq subyektləri üçün) tələb olunur. Xarici təsisçilər üçün pasportun tərcüməsi + notariat təsdiq + apostil tələb edilə bilər.

Şirkət qeydiyyatı üçün sənədləri müddətdə toplamaq üçün peşəkarların xidmətlərindən istifadə edin.

Addım 6. 2026-cı il üçün qeydiyyat rüsumu nə qədərdir?

“Şirkət necə qurulmalıdır?” sualına cavab axtararkən rüsumalar haqqında da bilmək vacibdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi ilə tənzimlənən rüsumlar aşağıdakı kimidir:

  • bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin qeydiyyatı – 300 manat;
  • xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı – 300 manat;
  • kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər üçün – 5 manat;
  • digər hüquqi şəxslərin, o cümlədən MMC qeydiyy atı üçün – 15 manat.

Amma bu xərcləri “sıfırlamaq” olar, həmin qanunun 20-1.3 maddəsinə görə hüquqi şəxslrin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Addım 7. Şirkət qeydiyyatı üçün necə müraciət edilir?

Toplanmış sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aşağıdakı üsullardan birini seçməklə təqdim edilir:

  • onlayn qaydada;
  • şəxsən:
  • rəsmi qaydada.

Qeydiyyat, adətən, 2-3 gün davam edə bilər.

Addım 8. Qeydiyyat sənədləri və VÖEN necə alınır?

Qeydiyyat prosesi bitdikdən sonra şirkətə qeydiyyat barədə aşağıdakı rəsmi sənədlər təqdim olunur.

  • şirkətin nizamnaməsi;
  • qeydiyyat şəhadətnaməsi ;
  • VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi);

Azərbaycanda şirkət dövlət qeydiyyatı onun həm də vergi uçotuna durması sayılır, şirkətin qurulması rəsmiləşir, onun hüquq qabiliyyəti yaranır, mülki hüquqlara sahib olur və mülki vəzifələr daşıyır (Mülki Məcəllə, maddə 44).

Addım 9. Qeydiyyatdan sonra nə etməli?

“Şirkət necə qurulmalıdır?” sualına cavab axtaran gələcək sahibkarların bir çoxu qeydiyyatla hər şeyin bitdiyini güman edir. Qeydiyyat rəsmi fəaliyyət üçün vacibdir, qeydiyyatsız fəaliyyət hüquqi məsuliyyətə səbəb olur. Qeydiyyatdan sonra bir sıra məsələlər həll edilməlidir, məsələn:

  • möhürün sifarişi və hazırlanması;
  • bank hesablarının açılması;
  • bəzi fəaliyyət növləri üçün lisenziya və icazələrin alınması;
  • mühasibat uçotunun qurulmasıı;
  • əcnəbi işçilər üçün iş icazələrinin alınması;
  • əmək müqavilələrin elektorn qeydiyyatı və sair.

“Şirkət necə qurulmalıdır?” sualna cavab tapmaq, şirkət açamq prosesi sizə mürəkkəb görünə bilər, amma peşəkar mütəxəssislərin dəstəyi vaxtınıza və enerjinizə qənaət etməyə imkan verər.

Accounting.az-ın konsaltinq xidmətlərinə müraciət edin! Peşəkarlar sizin xidmətinizdədir!