» » » ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?

ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?

posted in: Xəbər | 0

Məcburi ƏDV qeydiyyatı üçün tələb olunan dövriyyə həddi ilə bağlı məlumat verməyinizi xahiş edirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Əlavə olaraq bildirilib ki, ƏDV qeydiyyatından keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxslər də vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilərlər.

Biznes hesabi

Əsas: Vergi Məcəlləsi 155-ci maddəsi

Mənbə: vergiler.az

Sonuncu əməkhaqqı, yoxsa məzuniyyət haqqı? Müqayisəli təhlil