Pul vəsaiti, hesablaşma və kredit əməliyyatlarının mühasibat uçotu qarşısında əsasən aşağıdakı vəzifələr durur:
– qeyri-nağd və nağd hesablaşmaların vaxtında sənədləşdirilməsi və düzgün aparılması;
– mühasibat uçotu yazılışlarında nağd pul vəsaitinin və hesablaşmaların tam və operativ əks etdirilməsi;
– pul vəsaitinin hazırda qüvvədə olan qanunçuluğa uyğun olaraq müəyyən olunmuş limit, smeta və fondlar üzrə istifadə olunmasını təmin etmək;
– müəyyən olunmuş vaxtlarda pul vəsaitinin, hesablaşmaların vəziyyətinin inventarlaşdırılmasını aparmaq, vaxtı keçmiş debitor və kreditor borclarının əmələ gəlməsinin qarşısını almaq;
– müəssisə kassasında, bankdakı hesablaşma hesabı və başqa hesablardakı pul vəsaitinin qalığı və saxlanmasına nəzarətin təmin olunması;
– hesablaşma–ödəmə intizamının gözlənilməsi, alınmış material qiymətliləri və xidmətlər üzrə pul vəsaitinin vaxtında ödənilməsinə nəzarət etmək.