» » » Pul vəsaitləri və hesablaşmalar haqqında anlayış və onların növləri

Pul vəsaitləri və hesablaşmalar haqqında anlayış və onların növləri

posted in: Uncategorized | 0
birbank biznes

İstehsal-kommersiya fəaliyyəti prosesində müəssisələr arasında daimi ola­raq təsərrüfat əlaqələri baş verir, müxtəlif məh­sul­ların alışı və satışı əməliy­yatları yerinə yetirilir. Məhsul (iş, xidmətin) satışından pul vəsaiti daxil olur. Malsatanlar daxil olmuş malların podratçılar tərəfindən yerinə-yetirilən iş və xidmətlərin dəyəri ödənilir.

Bunlardan başqa büdcə, bank, müxtəlif ictimai təş­ki­latlarla, müəssisənin işçi heyəti və digər hüquqi və fiziki şəxslərlə he­sab­laşma əməliyyatları aparılır. Müəssisələr arasında apa­rılan bütün əməliyyatlar pulun köməyi və iştirakı ilə yerinə yetirilir. Beləliklə pul vəsaiti müəssisənin fəaliy­yə­ti­nin davamı etməsi və idarə olunmasında mühüm vasitə rolunu oynayır.

Müəssisə və təşkilatlar arasında aparılan hesab­laş­ma­lar iki formada: nağdnağdsız qaydalarda hə­yata keçirilir.

Pul vəsaitinin saxlanması və müəssisələr arasında nağd­siz hesablaş­ma­ların aparılması üçün hər bir müəs­si­sə­nin yerləşdiyi ərazidə olan bankda ona hesablaşma hesabı və digər hesabları açılır.

Bank vasitəsilə aparılmış əməliyyatlar müəssisələr ara­sındakı hesab­laş­ma­lar sistemində ən vacib forma he­sab olunur. Hesablaş­ma­nın bu forması ilə mü­əs­sisələr ara­sında bağlanmış müqavilələr əsasında aparılan alqı-satqı əmə­liyyatlarının və bütün təsərrüfat əməliyyatları ilə əlaqədar olan hesablaşmalar yerinə yetirilir.

Azərbaycan Respublikasında mövcud olan qay­da­la­ra görə mülkiyyət for­ma­sından asılı olmayaraq dövlət, kooperativ, səhmdar, kollektiv, birgə, icti­mai, xü­­susi mülkiyyətli formalı və digər müəssisələr, təşki­latlar və ida­rələr öz pul vəsaitlərini bank idarələrində sax­lama­lı­dırlar.

Müəssisələr cari hesablaşmaları aparmaq və işçi heyətinə əmək haqqının ödənilməsi üçün nəğd pul vəsaitini özlərinə məx­sus kassaya gətirirlər. Müəs­sisələr kassalarında nağd pulu təs­diq edilmiş limit həddində saxlaya bilərlər.

Müəssisələrdə hesablaşma əməliyyatlarının faydalı və məqsədəuyğun təşkili pul vəsaitləri üzrə əməliyyatların, hesablaşma və kre­dit əməliyyatlarının aparılması səviyyəsindən xeyli ası­lı­dır.