Bank hesabınızdakı pulları yalnız dörd rəqəmli PİN kodun vasitəsilə çıxara bilərsiniz. Baxmayaraq ki, kod sadədir, bir çox insan onu yaddaşlarında saxlamaqda çətinlik çəkir. Yaddaş tərəfindən asan mənimsənilən və təhlükəsiz kodların seçiminə dair xarici ölkə saytlarından birində maraqlı yazı dərc edilib. Həmin yazını sizin diqqətinizə çatdırırıq.
Bu, ödəniş kartları bir yox, bir neçə ədəd olduqda, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki həmin kartların hər birinin öz kodu olur. Bundan əlavə mobil telefon cihazlarının əksəriyyətində də PİN kodlardan istifadə edilir.
İstifadəçilərin hər biri rəqəmlər kombinasiyasından ibarət bu kodu yadda saxlamaq və qorumaqdan ötrü özünəməxsus üsuldan yararlanır. Biz isə xoşagəlməzliklərdən can qurtarmaq üçün vacib olan təhlükəsizlik tədbirlərindən söz açacağıq.