» » » “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi müraciət imkanı

“mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi müraciət imkanı

posted in: Xəbər | 0

Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə tutulan dövlət qurumuna elektron formada təqdim etmək imkanı yaradır. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər.

Hər bir göndərilən məktub “Göndərilən” bölməsində saxlanılır. Vətəndaş məktubun statusunu — yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur.

Bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur və yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir.

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır.

Biznes hesabi
error: Content is protected !!