birbank biznes

Miqrasiya xidməti

İnsanların yerdəyişməsini xarakterizə edən miqrasiya dünyanın qloballaşmasına təsir edən mühüm amillərdəndir. Belə yerdəyişmələr zamanı miqrasiya sənədlərinin hazırlanması vacib proseduralardan biri olmaqla mövcud qanunvericiliyə əməl olunmasını tələb edir. Bu prosesin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilib. Xarici əmək miqrasiyası axınları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək miqrasiyası zamanı hüquq və vəzifələri də bu Məcəllə ilə nizamlanır.

Xarici əmək miqrantları müvəqqəti yaşamaq üçün icazə və iş icazəsi almalıdır. Miqrasiya qanunvericiliyinə əməl edilməməsi:

  • cərimələrə;
  • əcnəbi və vətəndaşlığı olmayan şəxsin AR hüdudlarından kənara çıxarılması;
  • digər hüquqi nəticələrə səbəb ola bilər.

Bütün bunlar işəgötürəndən xarici əmək miqrantı ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin bütün tələblərini bilməyi və əməl etməyi tələb edir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün miqrasiya sənədlərinin hazırlanması zamanı ortaya çıxan məsələlilərin yanlış həlli itirilmiş vaxt, əmək və pul deməkdir. Miqrasiya qanunvericiliyinin tələblərini pozmaqla xarici əmək miqrantlarının  işə qəbulu işəgötürənlərə sanksiyaların tətbiqinə səbəb olur.

Miqrasiya sənədlərinin hazırlanması üzrə işləri Accounting.Az konsaltinq şirkətinə həvalə etməklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək münasibətlərini miqrasiya qanunvericiliyinə uyğun rəsmiləsdirmək, əlavə itkilərdən xilas olmaq mümkündür.

“Accounting.az” konsaltinq şirkətinin miqrasiya sənədlərinin hazırlanması xidməti sizi cərimə və sanksiyalardan qoruyar.

Miqrasiya sənədlərinin hazırlanması xidməti

Accounting.Az konsaltinq şirkətinin təcrübəli və peşəkar əməkdaşları xarici miqrantlar üçün sənədləri  tez və səhvsiz hazırlamaqda işəgötürənlərə kömək edər. Onlar:

  • lazımı sənədlərin siyahısını tərtib etməyə kömək edəcək;
  • sənədləri toplayır, onları operativ və qanunauyğun formada tərtib edir;
  • sənədlərin təqdim edilməsi və qəbulu qaydalarını bildirəcək.

Miqrasiya sənədlərinin hazırlanması xidməti üzrə bağlanmış müqaviləyə uyğun olaraq şirkətin əməkdaşları inzibati reqlamentlərə müvafiq proseduraları icrası zamanı sizi müşayiət də edə bilər.

Accounting.Az konsaltinq şirkətinin əmək miqrantları üçün göstərdikləri xidmətləri şərti olaraq iki qrupa ayırmaq olar:

  • Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı üzrə xidmətlər;
  • Əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərin iş icazələrinin alınması.

Sualları yönəltmək üçün +99412 310 09 29  yaxud +99412 598 37 98  saylı telefon nömrələrinə zəng edə bilərsiniz.

İş icazəsi nədir?

İşəgötürən öz müəssisəsinə xaricdən işçi cəlb edərkən xarici vətəndaşlar Azərbaycan Respublikasında işləmək üçün rəsmi icazə almalıdırlar. Xarici işçiyə maraq adətən onun yerli mütəxəssislərdən daha yüksək səviyyədə bilik və ya bacarıqlara sahib olmasından irəli gəlir, məsələn, ana dili olan xarici dil müəllimləri.

İş icazəsi rəsmi sənəddir, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına icazəni təsdiq edir. Həmin şəxslər iş icazəsini onları işə cəlb edən aşağıdakı subyektlər vasitəsi ilə alırlar:

  • hüquqi şəxslər;
  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
  • xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri.

İş icazəsi blankı ciddi hesabat sənədidir, onun belə sənədlərə xas qeydiyyat seriyası və nömrəsi, habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. Onun nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Xidmət üzrə qiymətlər

“Accounting.az” konsaltinq şirkətinin miqrasiya sənədlərinin hazırlanması xidməti üzrə qiyməti   qarşılıqlı razılaşma əsasında, qanunvericiliklə müəyyən edilmiş rüsum və ödənişlər nəzərə alınmaqla müəyyən edilir.

Əlavə suallara cavab almaq üçün WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə etmək olar. Şirkətin korporativ saytının “Əlaqə” bölməsindən sizə rahat digər ünsiyyət vasitələrini də seçə bilərsiniz.