birbank biznes

milyarderDünyada olan 2755 milyarderin yarıdan bir qədər azı – ABŞ və ya Çin vətəndaşıdırlar və demək olar ki, bir il bundan əvvəllə – yəni, pandemiya ərəfəsi ilə müqayisədə hər bir ölkədə varlı adamların sayı daha da çoxalıb.

Bu bütün dünyada milyarderlər üçün əlamətdar bir il idi. 2021-ci ildə Forbes jurnalı 70 ölkədə rekord səviyyədə 2 755 milyarder aşkara çıxarıb, bu da 2020-ci ildəkindən (2095) təxminən üçdə bir qədər çoxdur. Ötən il olduğu kimi Forbes milyarderləri siyahısına adları düşən adamların demək olar ki, yarısı doğum mənsubluğuna görə ABŞ və Çindəndirlər. Bu il demək olar ki, hər bir ölkədə yeni milyarderlər ortaya çıxıb və yalnız Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində onların sayı azalıb. Küveyt və Anqola dövlətlərinin hər birində bir milyarder var idi ki, onlar da bu il siyahıdan çıxarılıblar.

Dünyada ən çox sayda milyarderlər əvvəlki tək ABŞ vətəndaşlığına malikdirlər – 724 nəfər, bu, rekord göstəricidir (2020-ci ildə – 615 milyarder olub), amma, birinci və ikinci yer arasında fərq xeyli azalıb. Belə ki, 2020-ci ilin mart ayında Çində milyarderlərin sayı heyrətamiz dərəcədə artıb – 239 nəfər, nəticədə onların ümumi sayı 626 nəfərə çatıb. Bu iki ölkədə milyarderlərin sayı arasında fərq bir çox illərdir ki, azalmaqda davam edir: əgər 2018-ci ildə fərq 283 idisə, 2019-cu ildə 228-ə düşüb, hazırda isə həmin fərq cəmi 98 nəfər təşkil edir.


Daha ətraflı aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun