» » » Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri

Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri

posted in: Uncategorized | 0
birbank biznes

Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri aşağıdakılardır:

a) tərəflərin hüquq bərabərliyi;

b) kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində tərəflərin müstəqilliyi və könüllülüyü;

c) obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi;

ç) öhdəliklərin icrasına təminat;

d) qanunvericiliyin tələblərinə əməl edilməsi;

e) öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.