Texnologiyanın inkişafı ilə, bəzi peşələr köhnəlir və ya yox olur və onları aktual olanlar əvəz edirlər. Artıq telefonçu, katib-maşinist, buzqıran, fənərçi kimi peşələr yoxdur. Peşələr aləmini gələcəkdə nələr gözləyir? Biz yaxın 15-20 il ərzində tələb olunacaq sahələr və gələcəyin peşələri ilə bağlı almanax – “Yeni peşələrin atlası”na diqqət yetirmişik. Və atlasın tərtibçilərinin fikrincə, 2030-cu ilə qədər yoxa çıxacaq peşələr haqqında danışmağa hazırıq.
10-12 ildən sonra hansı peşələr köhnələcək?
Mühasib
İnformasiya texnologiyalarının bu cür inkişaf templəri ilə mühasibat uçotu ilə artıq yaxın gələcəkdə xüsusi proqramlar da məşğul ola bilər. Mühasib peşəsinin yaxın gələcəkdə tam şəkildə yoxa çıxması ehtimalı gözlənilmir, çox yəqin ki, insanlar daxil edilən məlumatların, əldə edilən hesabatların və s. düzgünlüyünə nəzarət etməyə başlayacaqlar.
Korrektor
Redaktor-proqramçılar artıq indidən mətnləri düzədilməsini sadələşdirirlər: səhvləri tapırlar, sinonimləri seçirlər, mətnlərin plagiat olub-olmadığını yoxlayırlar və s. Zamanla mətn üzərində işlər daha da asanlaşacaq. Misal üçün, 2017-ci ilin yanvar ayında çinli alimlər Syo Nan adlandırdıqları robotun prezentasiyanı həyata keçiriblər, hansı ki, o, yerli qəzetdə 300 heroqlifdən ibarət məqalə dərc edib. Materialı başa çatdırmaq üçün robota cəmi bir saniyə vaxt lazım gəlib.
Kitabxanaçı
Kataloqlar və baza məlumatları bizdən ötrü vərdiş etdiyimiz kitabxanaçıları əvəz edəcək. İstifadəçilərin lazımi məlumatları tapa bilmələri üçün onlar verilənlər bazası mövzusu ilə işləməkdən ötrü məsləhətçilərə çevrilə biləcəklər. Bəli, ənənəvi kitabxanalar öz yerlərini elektron kitabxanalara verəcəklər, amma, bütün hallarda çap nüsxələrini qoruyub saxlayan kitabxanalara da ehtiyac duyulacaq. Ola bilsin ki, orada da robotlar işləyəcək.
Daha ətraflı aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz:
-
2030-cu ilə kimi köhnələcək 15 peşə (1-ci hissə)
-
2030-cu ilə kimi köhnələcək 15 peşə (2-ci hissə)
-
2030-cu ilə kimi köhnələcək 15 peşə (3-cü hissə)

