iş vaxtı iş vaxtının uçotuƏməkdaşların iş vaxtının uçotu müəssisələrin əksəriyyətində məcburi bir funksiyadır. Bu uçot həm əllə, həm də xüsusi proqram təminatının köməyi ilə yerinə yetirilə bilər. Bu məqalədə biz əməkdaşların iş vaxtının uçotunu necə aparmaq və bu prosesi maksimal dərəcədə necə optimallaşdırmaq barədə söz açacağıq.  

Məzmun:

  • Əməkdaşların iş vaxtının uçotunu necə aparmalı: 5 üsul
  • Distant və məsafədən çalışan əməkdaşların iş vaxtının uçotu
  • Normalaşdırılmamış iş günündə çalışanların iş vaxtının uçotu
  • Biznes-prosesin optimallaşdırılması
  • Şirkətlərin işlərinin “Битрикс24”də təşkili

Müasir dünyada zaman ən vacib mənbəyə çevrilir və ondan səmərəsiz istifadə istənilən bir müəssisənin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bəs işçilərə nəzarət etmək həqiqətənmi zəruridir və ya bunsuz da keçinmək mümkündür?

Birincisi, təşkilatın iş vaxtının uçot cədvəlini doldurmaq, dövlət tərəfindən tələb olunur. Formallıq kimi görünsə də, bu, şirkəti xoşagəlməz hallardan qoruya bilər. Məsələn, əməkdaşla məhkəmə çəkişməsi zamanı həmin uçot cədvəli bir zərurət halına gələ bilər.

İkincisi, yaxşı qurulmuş nəzarət sistemi işinə səhlənkar yanaşan və  öz işini vicdanla yerinə yetirən əməkdaşları aşkara çıxarmağa imkan yaradır ki, nəticədə birinciləri cəzalandırmaq, ikinciləri isə mükafatlandırmaq mümkün olur.

Üçüncüsü, iş vaxtının uçotu intizamı dəstəkləməyə kömək edir, beləliklə, itkilərə gətirib çıxaracaq ştatdankənar vəziyyətlərin yaranması ehtimalını aşağı salır.

Bundan əlavə, işçilərin fəaliyyətinə nəzarət ümumi təhlükəsizlik və informasiya təhlükəsizliyi səviyyəsini artıra bilər və prosesin avtomatlaşdırılması, həmçinin mənfəəti də artıra bilər.

Əməkdaşların iş vaxtının uçotunu necə aparmaq olar: 5 üsul.


Daha ətraflı oxumaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun