» » » 2026-cı il üzrə dövlət büdcəsi layihələrinə dair qərar qəbul edilib

2026-cı il üzrə dövlət büdcəsi layihələrinə dair qərar qəbul edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Qərar qəbul edib.

Qərarla “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.


Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

Biznes hesabi

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az

Azərbaycanda Şirkət Qeydiyyatı | 2025 Bələdçi