» » » Daşınmaz əmlak vergisi

Daşınmaz əmlak vergisi

posted in: Vergi | 0

DAŞINMAZ ƏMLAKIN VERGİYƏ CƏLB EDİLMƏSİ

Bu buklet bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsini əhatə etmir.

Mülkiyyətdə olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Yaşayış və qeyri- yaşayış sahələrinin təqdim edilməsi 01.01.2016-cı il tarixdən, torpaq sahələrinin təqdim edilməsi isə 01.01.2017-ci il tarixdən etibarən sadələşdirilmiş vergiyə cəlb olunur. Burada vergi torpağın, yaşayış və qeyri-yaşayış yerinin sahəsinə (ölçüsünə), yerləşdiyi əraziyə əsasən hesablanır.

Aşağıdakı hallarda torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergiyə cəlb olunmur:

  • Fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi,
  • Daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi,
  • Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi,
  • Əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvadarasında boşanma prosesində verilməsi.

Daşınmaz əmlakların satışı üzrə alqı-satqı müqavilələrini təsdiq edən notarius:

  1. hər bir əqd üzrə sadələşdirilmiş vergini hesablayır;
  2. hesablanan sadələşdirilmiş vergini ödəmə mənbəyində tutur;
  3. vergini 1 bank günü ərzində dövlət büdcəsinə ödəyir;
  4. hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına təqdim edir.

I. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanması

1) Yaşayış sahələrinin satışı zamanı sadələşdirilmiş vergi sahənin hər kvadratmetri üçün 15 manat olmaqla aşağıda göstərilən qaydada hesablanır:

VM = S x ZƏ x 15 manat

Zirzəminin sahəsi

VM – ödəniləcək verginin məbləği

S – yaşayış və qeyri-yaşayış sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən zona əmsalları

Cədvəl 1

Misal1: Fiziki şəxs “İşərişəhər” metrostansiyasının (Zona 1) yaxınlığında yerləşən və sahəsi 100 m2 olan mənzildə 3 il yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzilin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

2) Qeyri-yaşayış sahələri üçün vergi yuxarıda qeyd olunan düstura əlavə olaraq 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Misal 2: Fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 qeyri-yaşayış sahəsi olan zirzəmi var. Həmin zirzəmini satdığı zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

Misal 3: Fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadrat metr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 m2 sahəsi olan ticarət obyektini təqdim etmişdir.

Alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notarius tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 m2 x 15 man. x 3 zona əmsalı=4.500 manat;

Ticarət obyektinin satışı üzrə: 150 m2 x 15 man. x 2,2 zona əmsalı x 1,5 əmsal = 7.425 manat.

Cəmi ödənilməli vergi: 11.925 manat.

II. Torpaq sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanması

Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır.

  1) Kənd təsərrüfatı təyinatlı torpaqların (təyinatı üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq) satışı zamanı sadələşdirilmiş vergi həmin torpaq sahəsi üzrə hesablanmış torpaq vergisinin 2 misli məbləğində aşağıdakı qaydada hesablanır:

VM = (S x ŞB x 0,06 manat) x 2

VM – ödəniləcək verginin məbləği

S – torpağın sahəsi (hektarla)

ŞB – kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 1 hektarı üçün müəyyən olunan şərti bal (Nazirlər Kabineti tərəfindən müəyyən edilir)

0,06 manat – kənd təsərrüfatı torpaqların 1 şərti balının torpaq vergisi dərəcəsi

2 – hesablanmış torpaq vergisinə tətbiq edilən əmsal

Misal 4: Fiziki şəxs Lənkəran rayonunda I kateqoriyaya aid 3 hektar düzən torpaq sahəsini satır (şərti bal – 125). Həmin torpaq sahəsinin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

2) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların satışı zamanı  vergi torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği 0,5 manat olmaqla aşağıdakı qaydada hesablanır:

VM = S x ZƏ x 0,5 manat

VM ödəniləcək verginin məbləği

S – torpağın sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən zona əmsalları

0,5 manat – torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği

Misal 5: Bakı şəhərində fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin torpaq təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

3)    Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı zamanı vergi cədvəl 1-dəki əmsaldan əlavə olaraq cədvəl 2-dəki yüksəldici əmsal tətbiq edilməklə aşağıdakı qaydada hesablanır:

VM = S x ZƏ x YƏ x 0,5 manat

VM ödəniləcək verginin məbləği

S     – torpağın sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən əmsallar

– cədvəl 2-də göstərilən yüksəldici əmsallar

0,5 manat – torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği.

Cədvəl 2

Misal 6: Hüquqi şəxsin mülkiyyətində Gəncə şəhərində sahəsi 1.000 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

III. Maliyyə sanksiyaları və faizlər