Biz Alibaba Group şirkətinin qurucusu, Çinin ən varlı adamı – Cek Manın motivasiyaedici fikirlərini sizin üçün toplamışıq. Onun biznesin idarə olunması ilə bağlı qaydaları sizi uğur qazanmağa ruhlandıra bilər və zərurət yarandıqda, mühüm yollar göstərə bilər.
Güc – pozitivdədir
Ma həyatının əsas prinsiplərindən biri haqqında belə deyir: “Mən uduzanda, belə deyirəm: “Baxın, mən uduzmuşam”. Udanda isə deyirəm: “Vau, mən heç bilməzdim ki, uğur qazanacam”. Belə yanaşma onda pozitivliyi və optimizmi dəstəkləyir.
Sahibkara nə etmək yetərlidir
Manın sözlərinə görə, əvvəllər o, texnologiyalar və menecment barədə heç nə bilməyib. Lakin, o, əmindir ki, bir çox şeylər barədə bilməmək də olar. Özünüzdən daha ağıllı adamları tapmaq kifayətdir. Onları axtarıb tapdıqda, sizin əsas vəzifəniz – onların bir yerdə işləyə biləcəyinə əmin olmağınızdır. Axı, axmaq adamlar birlikdə asanlıqla işləyə bilərlər, amma, ağıllı adamlarda bu heç də həmişə alınmır.
Biznesdə səhvlərin qiyməti haqda
“Ağıllı admlar uğurlu işlərlə məşğul olmaq istəyirlər. Lakin, uğura tez çatmaq, elə də asan məsələ deyil. Etdiyimiz hər bir işin 10 illik üçün perspektivini dəyərləndirmək lazmdır. Əgər uğurlu olmaq istəyiriksə, biz 10 ildən sonra zirvədə necə olmaq barədə düşünməliyik.
Hətta indinin özündə belə, Alibaba-da demək olar ki, hər gün ağılsız qərarlar qəbul edilir. Lakin, proses zamanı bu haqda heç kim düşünmür. Öyrənmək və irəli getmək lazımdır. Öz səhvlərinə görə başqalarını təqsirləndirən şəxsin uğur qazanmaq şansı yoxdur. Kimsə uduzaraq, belə düşünürsə: “Bu mənim səhvimdir, bax, bunu yaxşı etməmişəm, mən bunu və onu dəyişdirməliyəm”, ehtimal ki, müvəffəqiyyətə nail olacaq”.
Daha ətraflı aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz
-
Cek Manın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (1-ci hissə)
-
Cek Manın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (2-ci hissə)