İngilis dilini öyrənənlər üçün “Böyük Britaniya”nın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.
Siz bu ölkəyə işgüzar səfərə və ya turist kimi hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə özünüzə bir həmsöhbət axtarıb tapmısınız. Bunlar önəmli deyil, bu məsləhətlər və faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.
- Böyük Britaniya – özündə 4 ölkəni birləşdirən: İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya – ada dövlətdir.
- Birləşmiş krallıq sakinlərinin 70% ingilis dilində danışır. Adada eləcə də digər dillərdə də danışırlar: valliy (Uels), otland-gel və anqlo-şotland (Şotlandiya), irland və olster-şotland (İrlandiya).
- İrlandlar, şotlandlar və valliyylər öz ölkələri və kökləri ilə qürur duyurlar və özlərinin britaniyalılar adlandırılmasını sevmirlər. Sizə də onları ingilis adlandırmaqla səhvə yol verməməyi tövsiyə edirik.
- Stounhedj, Solsberi düzənliyində eramızdan 3000 il əvvəl daşlardan inşa edilən kompleksdir.