» » » Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi

Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi

posted in: Uncategorized | 0
birbank biznes

Vergi ödəyicisi borcludur:

vergi orqanına hər hesabat dövri üçün ƏDV-nin bəyannaməsini verməyə;


bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövri üzrə vergini büdcəyə ödəməyə.


ƏDV-nin bəyannaməsi hər hesabat dövri üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.


Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.


Bu Məcəllənin 154.3-cü maddəsinə uyğun olaraq yalnız malların idxalı üzrə vergi ödəyicisi olan şəxsə bu Məcəllənin 177.1-ci və 177.2-ci maddələri tətbiq edilmir.


Vergi tutulan idxal üzrə ƏDV bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanır və alınır.


Qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.


ƏDV dövlət büdcəsinə ödənilir.