“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi “Grovv Audit And Consulting” QSC-dir.
Qalib şirkətə 23,6 min manat ödəniləcək.
Xatırladaq ki, ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub. Şirkətə 14,8 min manat ödənilib.
Mənbə: report.az