» » » “Asan İmza” üçün yeni tarifin tətbiqinə başlanıldı

“Asan İmza” üçün yeni tarifin tətbiqinə başlanıldı

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Cari ilin sentyabr ayından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılmışdır.

Dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırılması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədi ilə yeni tarif müəyyən olunmuşdur. Tarif Asan İmza Dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər (aylıq abunə haqqı, aparılmış hər əməliyyata görə ödəniş) olmadan 58 manat həcmində birdəfəlik ödənişi nəzərdə tutur.

ASAN İmza ilə əlaqədar əlavə sualınız yaranarsa Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, www.taxes.gov.az və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərsiniz.

Vergilər Nazirliyi