» » » Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun Layihəsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun Layihəsi

posted in: Xəbər | 0
birbank biznes
vergi güzəştiAZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, №11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, №11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832, № 12, maddələr 1376, 1385, 1400; 2023, № 1, maddələr 1, 10, 14, 23, 36, № 2, maddə 158, № 3, maddə 336, № 4, maddələr 445, 467, № 7, maddə 902; Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 937-VIQD nömrəli, 14 iyul tarixli 975-VIQD və 989-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9-cu maddənin mətninə “Azərbaycan Respublikasının ərazisində” sözlərindən əvvəl “Bu Məcəllənin 169.8-ci və 211.1.1-ci maddələri üzrə vergilərin ödənilməsi istisna olmaqla,” sözləri əlavə edilsin;
1.2. 13.2-ci maddə üzrə:
1.2.1. 13.2.24-cü maddədə “hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən” sözləri “aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan” sözləri ilə əvəz edilsin;
1.2.2. 13.2.81-ci maddəyə birinci halda “məqsədilə” sözündən sonra “və ya bu cür məqsəd olmadan” sözləri, “mənfəət” sözündən sonra “(gəlir) sözü əlavə edilsin;
1.2.3. 13.2.82-ci maddə üzrə:
1.2.3.1. birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilsin və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılsın;
1.2.3.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.  Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;”;
1.3. 14-cü maddə üzrə:
1.3.1. 14.3.6-cı maddədən “(alınmasına)” sözü çıxarılsın;
1.3.2. 14.6.5-ci maddədə “aşağıdakı hallarda” sözləri “alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda” sözləri ilə əvəz edilsin və həmin maddənin sonunda iki nöqtə işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;
1.3.3. 14.6.5.1-ci və 14.6.5.2-ci maddələr ləğv edilsin;
1.4. 15.1-ci maddə üzrə:
1.4.1. 15.1.14-cü maddədə “qeydiyyatdan keçirilməsi” sözləri “uçota alınması” sözləri ilə əvəz edilsin;
1.4.2. aşağıdakı məzmunda 15.1.15-4-cü maddə əlavə edilsin:
“15.1.15-4. bu Məcəllənin 16.1.11-14-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək;”;
1.5. 16.1-ci maddə üzrə:
1.5.1. 16.1.6-cı maddədə “habelə mühasibat uçotu elektron formatda aparıldığı halda,” sözləri “mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin” sözləri ilə əvəz edilsin və həmin maddəyə “bazalarına” sözündən sonra “habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə” sözləri əlavə edilsin;
1.5.2. aşağıdakı məzmunda 16.1.11-13-cü və 16.1.11-14-cü maddələr əlavə edilsin:
“16.1.11-13. taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi aylıq məlumatları hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürmək;
16.1.11-14.  təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək;”;
1.6. 23.1.2-ci maddəyə “məlumatlara” sözündən sonra “, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə” sözləri əlavə edilsin;
1.7. 30.2.9-cu maddəyə “olub-olmaması” sözlərindən sonra “, habelə bu hallarla bağlı vergi orqanının qəbul etdiyi qərarlar” sözləri əlavə edilsin;
1.8. 33.8-1-ci maddəyə  “çıxarılması” sözündən sonra “, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi” sözləri əlavə edilsin;
1.9. 36.3-1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 36.3-1.4-cü maddə əlavə edilsin:
“36.3-1.4. mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi hesabatının təqdim edilməsi müddəti səyyar vergi yoxlamasının davam etdiyi müddətdə başa çatdıqda.”;
1.10. 43.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“43.11. Vergi ödəyicisi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları təqdim etmədiyi, bu Məcəllənin 16.1.6-cı maddəsində göstərilən elektron daşıyıcıda, uçot bazalarında və sistemlərində olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmadığı və ya həmin sistemlərdə olan məlumatlar vergi orqanının tələbi ilə təqdim edilmədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi və ya həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasının təmin edilməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.”;
1.11. 50-ci maddə üzrə:
1.11.1. aşağıdakı məzmunda 50.4-1-ci maddə əlavə edilsin:
“50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.”;
1.11.2. 50.6-cı maddənin ikinci cümləsində “39-43-cü və 46-49-cu” sözləri “39 – 49-cu” sözləri ilə əvəz edilsin;
1.12. aşağıdakı məzmunda 57.8-ci maddə əlavə edilsin:
“57.8. Bu Məcəllənin 16.1.11-13-cü maddəsində göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş məlumatları təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;
1.13. 58-ci maddə üzrə:
1.13.1. 58.6-cı maddəyə “görə” sözündən sonra “(bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla)” sözləri əlavə edilsin;
1.13.2. 58.7-ci maddənin birinci abzasının birinci cümləsində “qeydiyyatdan keçirilməmiş” sözləri “uçota alınmamış” sözləri ilə əvəz edilsin;
1.13.3. 58.8-ci maddənin birinci abzasından “, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda” sözləri çıxarılsın;
1.13.4. 58.8.3-cü maddə ləğv edilsin;
1.13.5. aşağıdakı məzmunda 58.15-1-ci maddə əlavə edilsin:
“58.15-1. Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
58.15-1.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;
58.15-1.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verdikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;
58.15-1.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.”;
1.13.6. 58.16-cı maddənin birinci cümləsində “58.8-ci” sözləri “58.8.2-ci” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;
1.14. 60.3.3-cü maddədə “əməliyyat” sözü “mədaxil əməliyyatı” sözləri ilə əvəz edilsin;
1.15. 63.1-ci maddədə “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir.”;
1.16. 65.6-cı maddədə “Vergi” sözü “Bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi” sözləri ilə əvəz edilsin;
1.17. 67-ci maddə üzrə:
1.17.1. 67.2-ci maddəyə “verginin” sözündən sonra “(mənfəət və gəlir vergisi istisna olmaqla)” sözləri əlavə edilsin;
1.17.2. 67.3-cü və 67.14-cü maddələr ləğv edilsin;
1.17.3. aşağıdakı məzmunda 67.3-1-ci maddə əlavə edilsin:
“67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.”;
1.18. aşağıdakı məzmunda 70.2-4-cü maddə əlavə edilsin:
“70.2-4. Vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir.”;
1.19. 71-1-ci maddə üzrə:
1.19.1. 71-1.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 71-1.1.5-ci maddə əlavə edilsin:
“71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda– avansın alındığı gün.”;
1.19.2. 71-1.5.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 71-1.5.12-ci maddə əlavə edilsin:
“71-1.5.12. alınmış avans ödənişləri barədə.”;
1.20. 79.3-cü maddənin ikinci cümləsində “vergi öhdəlikləri “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri “və sığorta (təkrarsığorta) təşkilatlarının vergi öhdəlikləri müvafiq olaraq “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri ilə əvəz edilsin;
1.21. 83.9-cü maddə ləğv edilsin;
1.22. 85-ci maddə üzrə:
1.22.1. 85.5-1-ci maddəyə “haqlarına” sözündən sonra “(bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.22.2. 85.5-2-ci maddəyə  “38.7.4-cü” sözlərindən sonra “, 38.7.4-1-ci” sözləri əlavə edilsin;
1.22.3. 85.6.2-ci maddəyə “olduqda” sözündən sonra “və ya vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir;”;
1.22.4. 85.8.4-cü və 85.9-1-ci maddələrdən “sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq” sözləri çıxarılsın;
1.22.5. 85.8.5-ci maddədə “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;
1.22.6. 85.8.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 85.8.6-cı və 85.8.7-ci maddələr əlavə edilsin:
“85.8.6. vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə;
85.8.7. vergi ödəyicisi bu Məcəllənin 85.9-3-cü maddəsində nəzərdə tutulan ödənişi etmədikdə.”;
1.22.7. 85.9-cu maddənin birinci abzasının ikinci cümləsində “Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 manatdan 100 000 manatadək və iri sahibkarlıq subyektinin borcu 100 000” sözləri “Vergi ödəyicisinin borcu 500” sözləri ilə əvəz edilsin;
1.22.8. 85.9-1.2-ci maddənin ikinci cümləsində “dövlət büdcəsinə” sözləri “vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə” sözləri ilə əvəz edilsin;
1.22.9. aşağıdakı məzmunda 85.9-3-cü maddə əlavə edilsin:
“85.9-3. Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə müraciətdə göstərilən vergi borcunun 10 faizini ödəməlidir.”;
1.22.10. 85.10-2-ci maddədə “və” sözü “etibarən” sözü ilə əvəz edilsin və həmin maddəyə ”ərzində” sözündən sonra “bu Məcəllənin 85.9-1.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, borcun alınması ilə bağlı tədbirlər həyata keçirilmir və” sözləri əlavə edilsin;
1.22.11. 85.10-3-cü maddədən “dövlət büdcəsinə” sözləri çıxarılsın;
1.22.12. 85.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“85.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müraciətin və digər sənədlərin daxil olduğu tarixdən 30 iş günü müddətində vergi ödəyicisinin müraciətinə baxır və bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərar qəbul edir. Qərarın qəbul edilməsi məqsədilə vergi orqanı bu Məcəllənin 85.9-3-cü maddəsində nəzərdə tutulan ödənişin edilməsi vəzifəsi barədə vergi ödəyicisinə yazılı məlumat verir. Qərarın qəbul edilməsi üçün müvafiq ödəniş vergi orqanının verdiyi məlumat alındığı tarixdən 3 iş günü ərzində vergi ödəyicisi tərəfindən həyata keçirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarında müddətin uzadılması səbəbi, vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan verginin növü (növləri), ödənilmə müddəti və qaydası, habelə girov, bank zəmanəti, vergi ödəyicisinin mülkiyyətində olan siyahıya alınmış daşınar və daşınmaz əmlaklar və zamin haqqında qeydlər göstərilməlidir.
Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda vergi orqanı öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir və həmin qərarda imtinanın səbəbləri göstərilir.”;
1.23. 88-ci maddə üzrə:
1.23.1. 88.1-ci maddənin birinci abzasında “Vergilər“ sözü “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər” sözləri ilə əvəz edilsin;
1.23.2. 88.2-ci maddənin birinci abzasında  “Məcburi“ sözü “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, məcburi” sözləri ilə əvəz edilsin;
1.23.3. aşağıdakı məzmunda 88.2-1-ci maddə əlavə edilsin:
“88.2-1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2-ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir.”;
1.24. 89-cu maddə üzrə:
1.24.1. aşağıdakı məzmunda 89.8-1-ci maddə əlavə edilsin:
“89.8-1. Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir.
Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır.
Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni   və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir.
Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1  iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir.”;
1.24.2. 89.10-cu maddəyə “birlikdə” sözündən sonra “(dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla)” sözləri əlavə edilsin;
1.25. 90.3-cü maddənin dördüncü abzasının üçüncü cümləsində “xidməti məhkəmənin qərarı ilə əmlakı satılan” sözləri “xidmətinin dəyəri” sözləri ilə əvəz edilsin;
1.26. 96.5-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır.”;
1.27. 98-ci maddə üzrə:
1.27.1. 98.2.3-cü maddəyə “işçinin” sözündən əvvəl “bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla,” sözləri əlavə edilsin;
1.27.2. 98.3-cü maddədən “, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin” sözləri çıxarılsın;
1.27.3. 98.5-ci maddədə “maddəsində” sözü “və 119.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.28. 101.2-ci maddənin ikinci hissəsində “və ya fərdi sahibkarlar tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən,” sözləri “, fərdi sahibkarlar və ya vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, mediatorlara mediasiya təşkilatları tərəfindən mülki-hüquqi müqavilələr əsasında ödənilən xidmət haqlarından” sözləri ilə, “və 150.1.17-ci” sözləri “, 150.1.17-ci və 150.1.18-ci” sözləri ilə əvəz edilsin;
1.29. 102-ci maddə üzrə:
1.29.1. 102.1.3.1-ci maddənin birinci abzasında “1000” rəqəmləri “2500” rəqəmləri ilə əvəz edilsin;
1.29.2. 102.1.11-1-ci maddədə “1” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;
1.29.3. 102.1.14.1-ci maddədən “, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin” sözləri çıxarılsın;
1.29.4. aşağıdakı məzmunda 102.1.14.33-cü maddə əlavə edilsin:
“102.1.14.33. dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məbləği.”;
1.29.5. 102.1.15-ci maddəyə “təşkilatçıları” sözündən sonra “və respublika idman federasiyaları (assosiasiyaları)” sözləri əlavə edilsin;
1.29.6. aşağıdakı məzmunda 102.1.22-3-cü və 102.1.22-4-cü maddələr əlavə edilsin:
“102.1.22-3. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi;”;
102.1.22-4. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi – 3 il müddətinə;”;
1.29.7. 102.1.30-cu maddə aşağıdakı redaksiyada verilsin:
“102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;”;
1.29.8. 102.1.35-ci və 102.4.2-ci maddələr ləğv edilsin;
1.29.9. 102.1.39-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.40-cı və 102.1.41-ci maddələr əlavə edilsin:
“102.1.40. Bu Məcəllənin 165.5-ci, 165.6-cı və 228-ci maddələrinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına görə əldə olunan gəlirlər;
102.1.41. özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər.”;
1.29.10. 102.1-1-ci maddədə “ailəsi statusu verilmiş” sözləri “statusu almış”   sözləri ilə əvəz edilsin;
1.29.11. 102.2.5-ci və 102.4.1-ci maddələrə “döyüşçülərin” sözündən sonra “(şəhid statusu almış şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.29.12. 102.7-ci maddəyə “Məcəllənin” sözündən sonra “102.1-1-ci,” sözləri əlavə edilsin;
1.30. 104-cü maddə üzrə:
1.30.1. 104.6-cı maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır.”;
1.30.2. aşağıdakı məzmunda 104.8-ci maddə əlavə edilsin:
“104.8. Mediasiya təşkilatı ilə bağlanmış mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərən mediatorlar tərəfindən göstərilən mediasiya xidməti ilə bağlı mediasiya təşkilatına daxil olan haqların və mükafatların həmin mediatorlara ödənilməli olan hissəsi mediasiya təşkilatının vergitutulan gəlirlərinə aid edilmir.”;
1.31. 106-cı maddə üzrə:
1.31.1. 106.1.4-cü maddəyə “sahibkarlıq” sözündən əvvəl “dividend gəlirləri,” sözləri əlavə edilsin;
1.31.2. 106.1.5-ci maddəyə “Əmanətlərin Sığortalanması Fondunun” sözlərindən sonra “, İcbari Sığorta Bürosunun” sözləri əlavə edilsin;
1.31.3. 106.1.7-ci maddəyə “o cümlədən” sözlərindən sonra “məktəbəqədər təhsil müəssisələrinin və” sözləri əlavə edilsin;
1.31.4. 106.1.14-cü maddədə “gəlirləri” sözü  “mənfəət”  sözü ilə, “10”  rəqəmləri “13” rəqəmləri ilə əvəz edilsin;
1.31.5. 106.1.14-1-ci maddədə “1” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;
1.31.6. 106.1.18-ci maddənin birinci cümləsində “10” rəqəmləri “15” rəqəmləri ilə, “köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə,” sözləri “, habelə” sözü ilə, “üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8” sözləri “2024-cü il yanvarın 1-dən 5” sözləri ilə əvəz edilsin;
1.31.7. 106.1.20-ci maddə aşağıdakı redaksiyada verilsin:
“106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;”;
1.31.8. 106.1.27-ci maddə ləğv edilsin;
1.31.9. 106.1.28-ci maddədə “6” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin;
1.31.10. 106.1.32-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.33-cü və 106.1.34-cü maddələr əlavə edilsin:
“106.1.33 qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
106.1.34.  tibb müəssisələri tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər.”;
1.32. 108-ci maddə üzrə:
1.32.1. 108.1-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.”;
1.32.2. aşağıdakı məzmunda 108.1-1-ci maddə əlavə edilsin:
“108.1-1. Alışı və ya mədaxili bu Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə bu Məcəllənin 58.8.2-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdirsə, həmin malların bu Məcəllənin 58.16-cı maddəsinə uyğun olaraq müəyyən edilən dəyəri gəlirdən çıxılan xərclərə aid edilir.”;
1.33. 109-cu maddə üzrə:
1.33.1. 109.3-cü və 109.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.”;
“109.8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.”;
1.33.2. 109.9-cu maddədən “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” sözləri çıxarılsın;
1.34. aşağıdakı məzmunda 111.4-cü maddə əlavə edilsin:
“111.4. Müflis elan olunmuş banklar vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada xüsusi ehtiyatları yaratmaqla gəlirdən çıxmaq hüququna malikdirlər.”;
1.35. 115-ci maddə üzrə:
1.35.1. 115.1-ci maddənin birinci hissəsinin birinci cümləsinə (üçüncü halda) “əsas vəsaitlərin” sözlərindən sonra “(yük avtomobilləri istisna olmaqla) sözləri, “5 faizi” sözlərindən sonra “, yük avtomobillərinin ilin sonuna qalıq dəyərinin 8 faizi” sözləri əlavə edilsin;
1.35.2. 115.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“115.6-1. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.”;
1.36. 116.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“116.1. Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.”;
1.37. aşağıdakı məzmunda 119.2-ci maddə əlavə edilsin:
“119.2. Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;
1.38. 121.3-cü maddədə “ilin” sözü “illərin” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir.”;
1.39. 122.1-ci maddədə “10” rəqəmləri “5” rəqəmi ilə əvəz edilsin;
1.40. 123.1-ci maddədən “bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri  çıxarılsın;
1.41. 137-ci maddə üzrə:
1.41.1. adında “gəlirin” sözü “mənfəətin (gəlirin)” sözləri ilə əvəz edilsin;
1.41.2. mətnində (hər iki halda) “gəliri” sözü “mənfəəti (xərclər çıxılmaqla gəliri)” sözləri ilə əvəz edilsin və mətnindən “(bu fəaliyyətlə bağlı birgə xərci çıxmaqla)” sözləri çıxarılsın;
1.42. 140-cı maddə üzrə:
1.42.1. 140.2-ci maddənin birinci abzasına “Aşağıdakı” sözündən sonra “şərtlər yerinə yetirildiyi” sözləri əlavə edilsin;
1.42.2. 140.2.3-cü maddəyə “əmlakın” sözündən sonra “Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilmiş” sözləri əlavə edilsin;
1.42.3. 140.2.4-cü maddədə “, yaxud;” sözləri nöqtə işarəsi ilə əvəz edilsin və 140.2.5-ci maddə ləğv edilsin;
1.42.4. aşağıdakı məzmunda 140.7-ci maddə əlavə edilsin:
“140.7. Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda əməliyyat bu Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi təqdirdə belə əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman bu Məcəllənin 72.4-1-ci maddəsinə uyğun olaraq vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim ediyi halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.”;
1.43. 149-cu maddə üzrə:
1.43.1. 149.3-cü maddənin birinci cümləsinə “fəaliyyətini” sözündən sonra “müvəqqəti” sözü və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir.”;
1.43.2. aşağıdakı məzmunda 149.4-1-ci maddə əlavə edilsin:
“149.4-1. Mənfəət (gəlir) vergisi ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV qeydiyyatı bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən 90 gün müddətində bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.”;
1.43.3. 149.6-cı maddənin birinci cümləsinə “ödəyicisi” sözündən sonra “və ya onun təyin etdiyi vergi agenti” sözləri əlavə edilsin;
1.44. 150-ci maddə üzrə:
1.44.1. 150.1-ci maddənin birinci abzasında “Aşağıdakı” sözü “Vergi orqanında uçotda olan aşağıdakı” sözləri ilə əvəz edilsin;
1.44.2. 150.1.2-ci maddədə “xüsusi notariuslar” sözləri “qeyri-sahibkarlıq  fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər” sözləri ilə əvəz edilsin;
1.44.3. 150.1.3-cü və 150.1.6-cı maddələrdə “və ya sahibkarlar” sözləri  “, sahibkarlar və qeyri-sahibkarlıq  fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər” sözləri ilə əvəz edilsin;
1.44.4. 150.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“150.1.5. fiziki şəxslərə və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxslərə faizlər ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq  fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər;”;
1.44.5. 150.1.7-ci maddədə “və ya fərdi sahibkarlar” sözləri “, fərdi sahibkarlar və qeyri-sahibkarlıq  fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər” sözləri ilə əvəz edilsin;
1.44.6. 150.1.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 150.1.18-ci maddə əlavə edilsin:
“150.1.18. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya təşkilatları ilə bağlanmış mülki-hüquqi müqavilələr əsasında fəaliyyət göstərən mediatorlar tərəfindən göstərilən mediasiya xidməti ilə bağlı mediatorlara ödənişi həyata keçirən mediasiya təşkilatı.”;
1.44.7. 150.2-ci maddənin ikinci cümləsində “və sahibkarlar” sözləri “, sahibkarlar və vergi orqanında uçotda olan qeyri-sahibkarlıq  fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər” sözləri ilə əvəz edilsin;
1.44.8. 150.3-6-cı maddədə “hesablanmış vergini ödəniş həyata keçirilənədək” sözləri “hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini” sözləri ilə əvəz edilsin və həmin maddədən “rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq” sözləri çıxarılsın;
1.45. 151-ci maddə üzrə:
1.45.1. 151.2-ci maddədə “gəlirinin” sözü  “vergiyə cəlb olunan gəlirinin (xərclər nəzərə alınmadan)” sözləri ilə, “ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan)” sözləri “vergiyə cəlb olunan gəlirində (xərclər nəzərə alınmadan)” sözləri ilə əvəz edilsin;
1.45.2. 151.5.1-ci maddəyə “yekunla” sözündən sonra “(əvvəlki illərdə yaranmış zərər məbləğləri vergi tutulan mənfəətdən (gəlirdən) çıxılmaqla)” sözləri əlavə edilsin;
1.45.3. aşağıdakı məzmunda 151.7-ci maddə əlavə edilsin:
“151.7. Cari vergi ödəmələri bu Məcəllədə nəzərdə tutulan güzəşt və azadolmalar nəzərə alınmaqla hesablanır və hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir.”;
1.46. aşağıdakı məzmunda 152.3-cü və 154.7-ci maddələr əlavə edilsin:
“152.3. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.”;
“154.7. Bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılır.”;
1.47. 155.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10  gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.”;
1.48. 156-cı maddə üzrə:
1.48.1. 156.1-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“156.1-1. bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər.”;
1.48.2. 156.1-2-ci maddə ləğv edilsin;
1.49. 157.3.3-cü maddənin üçüncü abzasına “şəxslərə” sözündən sonra “, habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə” sözləri əlavə edilsin;
1.50. 159.10-cu maddə ləğv edilsin;
1.51. 164-cü maddə üzrə:
1.51.1. 164.1.2-ci maddəyə “göstərilməsi” sözündən sonra “, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər” sözləri əlavə edilsin;
1.51.2. aşağıdakı məzmunda 164.1.2-1-ci, 164.1.9-1-ci və 164.1.51-1-ci maddələr əlavə edilsin:
“164.1.2-1. ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi;”;
“164.1.9-1. qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mal idxalı, iş görülməsi, xidmət göstərilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən xəzinə avadanlıqlarına texniki servis xidməti, pul nişanlarının istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə əlaqədar xidmətlərin, informasiya sistemləri üzrə dəstəkləmə xidmətlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi;”;
“164.1.51-1. tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;”;
1.51.3. 164.1.10-cu maddədən “Azərbaycan Respublikası Mərkəzi Bankının və” sözləri çıxarılsın;
1.51.4. 164.1.18-ci maddədə “10” rəqəmləri “13” rəqəmləri ilə əvəz edilsin;
1.51.5. 164.1.25-ci maddəyə “lizinq” sözündən əvvəl “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;
1.51.6. 164.1.27-ci maddədə “7” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;
1.51.7. 164.1.31-ci maddədə “mineral“ sözündən əvvəl “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;
1.51.8. 164.1.37-ci, 164.1.46-cı və 164.1.48-ci maddələrdə “4” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
1.51.9. 164.1.43-ci maddədə “5” rəqəmi “8” rəqəmi ilə əvəz edilsin;
1.51.10. 164.1.46-cı maddədən “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılsın;
1.51.11. 164.1.49-cu maddədə “6” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin;
1.51.12. 164.1.51-ci maddəyə “fondunun” sözündən sonra “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların” sözləri əlavə edilsin və həmin maddədə “2020-ci il yanvarın 1-dən 4” sözləri “2024-cü il yanvarın 1-dən 3” sözləri ilə əvəz olunsun;
1.51.13. 164.1.54-cü maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
1.51.14. 164.1.61-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 164.1.62-ci maddə əlavə edilsin:
“164.1.62. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı – 2024-cü il yanvarın 1-dən 3  il müddətinə.”;
1.52. 166-cı maddə üzrə:
1.52.1. 166.1.1-ci maddəyə “nağd” sözündən əvvəl “bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə” sözləri əlavə edilsin;
1.52.2. aşağıdakı məzmunda 166.1.1-1-ci maddə əlavə edilsin:
“166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix;”;
1.52.3. 166.6-cı maddənin üçüncü cümləsi çıxarılsın;
1.52.4. 166.7-ci maddəyə “dəyərinin” sözündən sonra “və ya ƏDV məbləğinin” sözləri əlavə edilsin;
1.53. aşağıdakı məzmunda 174.5-ci maddə əlavə edilsin:
“174.5. Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.”;
1.54. 175-ci maddə üzrə:
1.54.1. 175.1-ci maddənin birinci abzasına “edilməsi” sözündən sonra “, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi” sözləri əlavə edilsin;
1.54.2. 175.3-cü maddədə (birinci halda) “maddəsində” sözü “və 119.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.54.3. 175.11-ci maddədə “və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi” sözləri “əməliyyatlar çərçivəsində əldə edilmiş” sözləri ilə əvəz edilsin;
1.54.4. aşağıdakı məzmunda 175.13-cü və 175.14-cü maddələr əlavə edilsin:
“175.13. Bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.
175.14. Alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir.”;
1.55. 184-cü maddə üzrə:
1.55.1. 184.1.1-ci maddəyə “edilən” sözündən sonra “, bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər” sözləri əlavə edilsin;
1.55.2. 184.1.2-ci maddəyə “idxal” sözündən əvvəl “bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər” sözləri əlavə edilsin;
1.55.3. 184.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 184.1.3-cü maddə əlavə edilsin:
“184.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal  edilən, habelə  Azərbaycan Respublikasına idxal  olunan bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallar üçün məcburi nişanın alınması.”;
1.56. 185.2-ci maddənin  birinci və ikinci hissələrinə “avtomobilləri” sözündən sonra “, motosikletlər” sözü əlavə edilsin;
1.57. 186-cı maddə üzrə:
1.57.1. 186.1-ci maddəyə “olunan” sözündən sonra “, bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər aksizli” sözləri əlavə edilsin;
1.57.2. 186.2-ci maddədə “Malların” sözü “bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər aksizli malların” sözləri ilə əvəz edilsin;
1.57.3. aşağıdakı məzmunda 186.3-cü maddə əlavə edilsin:
“186.3. Azərbaycan Respublikasının ərazisində istehsal  edilən, habelə Azərbaycan Respublikasına idxal  olunan bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallar üçün məcburi nişanın alındığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.”;
1.58. 186-1-ci maddə üzrə:
1.58.1. 186-1.1-ci maddəyə “buraxılmasına” sözündən sonra “və ya məcburi nişanın alınmasına” sözləri əlavə edilsin;
1.58.2. aşağıdakı məzmunda 186-1.4 – 186-1.6-cı maddələr əlavə edilsin:
“186-1.4. bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli malların istehsalçısı olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə onların sahibliyində aktivləşdirilməmiş məcburi nişan qalarsa, vergi ödəyicisi həmin nişanları alarkən ödənilmiş aksiz məbləğlərini geri almaq hüququna malikdir.
186-1.5. Aksiz dərəcələrində artım olduqda, məcburi nişan alarkən vergini aşağı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə artırılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə növbəti ayın 20-dən gec olmayaraq, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxal edildiyi vaxt gömrük bəyannaməsində əks etdirməklə dövlət büdcəsinə ödəməlidir.
186-1.6. Aksiz dərəcələrində azalma olduqda, məcburi nişan alarkən vergini yuxarı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə azaldılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxalı üzrə tərtib edilmiş gömrük bəyannaməsində əks etdirməklə aksiz öhdəliyini azaldır.”;
1.59. 188-ci maddə üzrə:
1.59.1. 188.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“188.1.1. fiziki şəxsin şəxsi istifadəsi üçün aşağıdakı miqdarda aksizli malların idxalı:
188.1.1.1. 1,5 litr alkoqollu içki;
188.1.1.2. 2 litr energetik içki;
188.1.1.3. 200 ədəd siqaret, 20 ədəd siqarilla və 10 ədəd siqar;
188.1.1.4. 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
188.1.1.5. 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar;
188.1.1.6. 100 qram çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
188.1.1.7. 50 millilitr elektron siqaretlər üçün maye;
188.1.1.8. 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları;
188.1.1.9. 0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
188.1.1.10. Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq.”;
1.59.2. 188.1.7-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
1.59.3. 188.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 188.1.8-ci maddə əlavə edilsin:
“188.1.8. mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə.”;
1.60. 190-cı maddə üzrə:
1.60.1. 190.1-ci maddə aşağıdakı redaksiya verilsin:
“190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:
190.1.1. tütün məmulatları və onların əvəzediciləri;
190.1.2. birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
190.1.3. elektron siqaretlər üçün maye;
190.1.4. içməli spirt, pivə (alkoqolsuz pivə istisna olmaqla) və spirtli içkilərin bütün növləri;
190.1.5. energetik içkilər;
190.1.6. neft məhsulları;
190.1.7. minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
190.1.8. avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
190.1.9. dövlət qeydiyyatına alınmalı olan motosikletlər;
190.1.10. istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
190.1.11. idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
190.1.12. idxal olunan xəz-dəri məmulatları.”;
1.60.2. 190.2-ci maddəyə “avtomobilləri” sözündən sonra “, motosikletlər” sözü əlavə edilsin;
1.60.3. 190.3-cü maddəyə “məmulatlarına” sözündən sonra “və onların əvəzedicilərinə” sözləri əlavə edilsin və həmin maddədən “istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, və tütün əvəzləyiciləri, habelə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına,” sözləri çıxarılsın;
1.60.4. 190.3.1–190.3.3-cü maddələrdə “4,0” rəqəmləri “4,8” rəqəmləri ilə əvəz edilsin;
1.60.5. 190.3.4-cü maddədə “2,6” rəqəmləri “0,2” rəqəmləri ilə əvəz edilsin;
1.60.6. 190.3.7-ci maddədə “43,0” rəqəmləri “45,5” rəqəmləri ilə əvəz edilsin;
1.60.7. 190.3.8-ci maddədə “38,5” rəqəmləri “45,5” rəqəmləri ilə əvəz edilsin;
1.60.8. 190.3.15-ci maddə aşağıdakı redaksiyada verilsin:
“190.3.15. alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar – 1000 ədədinə 16 manat;”;
1.60.9. 190.3.16-cı maddədə “0,25” rəqəmləri “2” rəqəmi ilə əvəz edilsin;
1.60.10. 190.4-cü maddəyə “avtomobillərinə” sözündən sonra “, motosikletlərə” sözü əlavə edilsin;
1.60.11. aşağıdakı məzmunda 190.4.1-5-ci maddə əlavə edilsin:
“190.4.1-5. motosikletlərə görə:
 Aksizli malın adı  Aksizin dərəcəsi
Motosikletlər:
mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,20 manat
mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat + mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kub-santimetrə görə 0,40 manat
mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat + mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kub-santimetrə görə 0,50 manat

1.60.12. 190.5-ci maddəyə “minik avtomobillərinə” sözlərindən sonra “, avtobuslara, motosikletlərə” sözləri əlavə edilsin.

1.61. aşağıdakı məzmunda 191.3-1-ci maddə əlavə edilsin:
“191.3-1. bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallar Azərbaycan Respublikasının ərazisində istehsal və ya ölkəyə idxal edildikdə aksizlər həmin mallar üçün məcburi nişanın alındığı vaxt ödənilir.”;
1.62. 192.1-ci maddənin birinci hissəsində “maddəsində” sözü “və 191.3-1-ci (idxal əməliyyatları istisna olmaqla) maddələrində” sözləri ilə, “verginin ödənilməsi üçün nəzərdə tutulmuş müddətlərdə” sözləri “hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq” sözləri ilə əvəz edilsin;
1.63. 193.1-ci maddəyə “vaxtı” sözündən sonra “(bu Məcəllənin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallara münasibətdə həmin mallar üçün məcburi nişanın alındığı vaxt)” sözləri əlavə edilsin;
1.64. 199-cu maddə üzrə:
1.64.1. 199.3-cü maddədə “102.2-ci maddəsində” sözləri “102.1-1-ci və 102.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.64.2. 199.9-cu maddədə “10” rəqəmləri “13” rəqəmləri ilə əvəz edilsin;
1.64.3. aşağıdakı məzmunda 199.20-ci və 199.21-ci maddələr əlavə edilsin:
“199.20. Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
199.21. Bu Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3  il müddətinə 75 faiz azaldılır.”;
1.65. 201.6-cı maddənin ikinci cümləsində, 208.7-ci və 217.4-cü maddələrdə “119-cu” sözləri “119.1-ci” sözləri ilə əvəz edilsin;
1.66. 207-ci maddə üzrə;
1.66.1. 207.2-ci maddədə “102.2-ci maddəsində” sözləri “102.1-1-ci və 102.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.66.2. 207.7-ci maddə ləğv edilsin;
1.66.3. aşağıdakı məzmunda 207.12-ci maddə əlavə edilsin:
“207.12. Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü  təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.”;
1.67. 208-ci maddə üzrə:
1.67.1. 208.2-ci maddədə “mayın 15-dən gec olmayaraq hesablamaları” sözləri “hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.”;
1.67.2. 208.5-ci maddənin birinci cümləsində “Torpaq” sözü “Fiziki şəxslər tərəfindən torpaq” sözləri ilə əvəz edilsin;
1.67.3. aşağıdakı məzmunda 208.5-1-ci və 208.5-2-ci maddələr əlavə edilsin:
“208.5-1. Müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir.
Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqdan) sonra bu maddədə müəyyən olunmuş müddətlərdən gec olmayaraq hər ödəniş üzrə həmin torpaq sahələrinə görə hesablanmalı olan illik torpaq vergisi məbləğinin 50 faizi miqdarında cari vergi ödənişlərini yerinə yetirirlər.
Torpaq vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Torpaq vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
208.5-2. Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.”;
1.68. 218-ci maddə üzrə:
1.68.1. 218.2-ci maddəyə aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:
“Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.”;
1.68.2. aşağıdakı məzmunda 218.2-1-ci maddə əlavə edilsin:
“218.2-1. Bu Məcəlllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.”;
1.68.3. 218.4.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər;”;
1.69. 218-1-ci maddə üzrə;
1.69.1. 218-1.1.1-ci maddədə “10” rəqəmləri “13” rəqəmləri ilə əvəz edilsin;
1.69.2. 218-1.1.3-ci maddə ləğv edilsin;
1.70. 220-ci maddə üzrə:
1.70.1. 220.5-ci maddənin birinci abzasından “və yük” sözləri çıxarılsın və həmin maddənin beşinci abzası ləğv edilsin;
1.70.2. 220.6-cı maddənin birinci abzasında  “Yük və sərnişin” sözləri “Sərnişin” sözü ilə əvəz edilsin və həmin abzasdan “və yük” sözləri çıxarılsın;
1.70.3. 220.7-ci maddədən (hər iki halda) “və ya yükgötürmə qabiliyyəti” sözləri çıxarılsın;
1.71. 221-ci maddə üzrə:
1.71.1. aşağıdakı məzmunda 221.1-1-ci maddə əlavə edilsin:
“221.1-1. Sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.”;
1.71.2. 221.4-cü, 221.4.1–221.4.6-cı maddələrdən “və yük” sözləri çıxarılsın;
1.71.3. 221.4.7-ci maddə üzrə:
1.71.3.1. ikinci hissəyə “ödəyicisinin” sözündən sonra “(yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.71.3.2. dördüncü hissə beşinci hissə hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi tələb edilmir və qeyd edilən öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada yerinə yetirilir.”;
1.71.3.3. üçüncü və beşinci hissələrdən “və yük” sözləri çıxarılsın;
1.71.4. 221.4.9-cu maddənin birinci hissəsində “istehsal” sözü “sahibkarlıq” sözü ilə əvəz edilsin;
1.71.5. 221.8.6-cı maddəyə “edir” sözündən sonra “(Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya sistemində ödəniş barədə məlumat mövcud olduqda ödəniş sənədi müraciətə əlavə olunmur)” sözləri və “keçirir” sözündən sonra “və ya ödəniş sənədini müraciətinə əlavə edir (Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya sistemində ödəniş barədə məlumat mövcud olduqda ödəniş sənədi müraciətə əlavə olunmur)” sözləri əlavə edilsin.
Maddə 2. Keçid müddəalar
2.1. Bu Qanunun 1.32.1-ci maddəsi üzrə vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci il yanvarın 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir.
2.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək icarəçi tərəfindən çəkilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən kapitallaşdırılaraq amortizasiya edilən təmir xərclərinin qalıq məbləği bu Qanunun 1.35.2-ci maddəsinə uyğun olaraq amortizasiya olunur.
Maddə 3. Qanunun qüvvəyə minməsi
3.1.  Bu Qanunun 1.4.2-ci və 1.5.2-ci (16.1.11-14-cü maddəyə münasibətdə) maddələri bu Qanunun 1.4.2-ci maddəsində nəzərdə tutulan qayda ilə eyni gündə qüvvəyə minir.
3.2. Bu Qanunun 1.13.5-ci maddəsi bu Qanunun 1.2.3.2-ci maddəsində nəzərdə tutulan qayda və şərtlərlə eyni gündə qüvvəyə minir.
3.3. Bu Qanunun 1.51.5-ci və 1.51.7-ci maddələri həmin maddələrdə nəzərdə tutulan müvafiq siyahılarla eyni gündə qüvvəyə minir.
3.4. Bu Qanunun  1.55-ci, 1.57-ci, 1.58-ci və 1.61–1.63-cü maddələri 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
3.5. Bu Qanunun 3.1–3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Mənbə: meclis.gov.az