» » » 1600 manat əmək haqqı ilə Baş mühasib tələb olunur

1600 manat əmək haqqı ilə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

İşə götürən: İstehsalat şirkəti.

Məsuldur:

  • Baş mühasib Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Cəmiyyətin əmr və qərarlarını, Cəmiyyətin Nizamnaməsini, şöbə haqqında Əsasnaməni, Cəmiyyətin rəhbərliyinin tapşırıq və göstərişlərini, hazırki vəzifə təlimatını və Cəmiyyətin daxili intizam qaydalarını rəhbər tutur;
  • Mühasibat uçotunun yerinə yetirilməsi, təkmilləşdirilməsi və təsərrüfat fəaliyyətinə nəzarət;
  • Cəmiyyətin mülkiyyət (əmlak) və pul vəsaitlərinin qorunmasına nəzarət edir, qənaət rejiminə, çatışmazlıq və digər itkilərin hesabdan silinməsi qaydalarına əməl edir;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin, gəlirlərinin, iş və xidmət xərclərinin dəqiq və tam uçotunu vaxtında aparır, onların hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda vaxtında əks etdirir;
  • Kassa əməliyyatlarının aparılmasına, hesablama intizamına, pul vəsaiti qalıqlarının etibarlı qorunmasına ciddi əməl edir;
  • İşçilərə əmək haqqı, mükafatlar, ezamiyyət xərclərinə vəsait verilməsində qanuna və müəyyən edilmiş qaydalara əməl edir, işçilərin əməyinin mühafizəsi və əmək şəraitinin, sağlamlığının yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsini təmin edir;
  • Təsdiq edilmiş ştatlara, vəzifə maaşlarına, təsərrüfat xərcləri smetasına əməl edir;
  • Cəmiyyətin dövriyyə vəsaitlərinin, maliyyə vəziyyətinin möhkəmləndirilməsi üzrə təkliflər işləyib hazırlayır;
  • Cəmiyyətin mənfəətindən ayırmaların müəyyən edilmiş normativ üzrə formalaşan Cəmiyyət fondlarının və maliyyə ehtiyyatlarının uçotunu aparır;
  • Fondlara, dövlət və yerli büdcələrə, həmçinin Cəmiyyətdə təsis edilmiş fondlara müəyyən edilmiş qaydada və miqdarda vəsaitlərin (ayırmaların) vaxtında ödənilməsini təmin edir;
  • Bank kreditlərinin alınması və onların təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət edir;
  • Cəmiyyətin əmtəə-material dəyərlərinin və pul vəsaitlərinin mövcudluğunu və məsrəflərinin inventarlaşdırılması və təftişini təşkil edir;
  • İqtisadi təhlilin keçirilməsində iştirak edir və təsərrüfat daxili ehtiyyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu əsasında qeyri-məhsuldar xərcləri və itkiləri aradan qaldırır;
  • Zərurət yarandıqda Cəmiyyətin “uçot siyasətində” dəyişiklik edilməsinə və ya təkmilləşdirilməsinə dair təklifləri işləyib hazırlayır;
  • Kəsirlərin, sui-istifadələrin, pul vəsaitlərinin və əmtəə-material dəyərlərinin qanunsuz məsrəfinin qarşısını almaq üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir;
  • Cəmiyyətin xarici iqtisadi kommersiya fəaliyyəti üzrə tədbirlərinin əsaslanmış və qanuni olmasına nəzarət edir;
  • Cəmiyyətin ayrıca, həmçinin də ümumi maliyyə hesabatlarını tərtib edərək müəyyən edilmiş forma üzrə təyin edilən vaxtda və ünvanlara təqdim edir;
  • Mühasibat sənədlərinin sistemləşdirilməsini, uçotunu, qorunmasını və onların arxivə təhvil verilmə intizamını təmin edir.

Səlahiyyət və məsuliyyətləri:

  • Müəyyən olunmuş qaydada Cəmiyyəti şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar təmsil etmək;
  • Cəmiyyətin iclaslarında, çağırdığı müşavirələrdə şöbənin səlahiyyətlərinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
  • Cəmiyyətin təsərrüfat fəaliyyətində və onun ayrı-ayrı qurumlarında olan nöqsanları aradan qaldırmaq üzrə təkliflər vermək;
  • Cəmiyyətin aparatının müvafiq şöbələrindən Mühasibat uçotu üçün lazım olan müvafiq məlumatları və arayışları tələb etmək;
  • Mühasibat hesabatının təqdim edilmə vaxtınınpozulmasında və yaxud hesabat məlumatlarının təhrif edilməsində günahkar olan şəxslərə intizam tənbehinin verilməsi haqqında təklif vermək;
  • Şöbəyə kadrların seçilməsi və onların təsdiqi üçün Maliyyə departamentinin direktoruna təkliflər vermək;
  • Şöbə işçilərinin ixtisaslarının artırılması üzrə təkliflər vermək;
  • Müəyyən olunmuş statistik hesabatın təyin edilmiş qaydada və vaxtda təqdim edilməsi;
  • Mühasibat uçotunun düzgün aparılması;
  • Pul vəsaitləri, əmtəə-material və digər dəyərlərin qəbulu, mədaxili, saxlanması və xərclənməsi üzrə qaydalara riayət edilməsi;
  • Zərərlərin, kəsirlərin, vaxtı keçmiş debitor borclarının və digər itkilərin balansdan silinməsində müvafiq qaydalara riayət edilməsi;
  • Banklarlr, debitorlarla, kreditorlarla və hesabat verməli olan şəxslərlə hesablaşmaların vaxtında tutşdurulub yoxlanılması;
  • Kargüzarlıq qaydalarına və sənədlərin (məktub, əmr, protokol və s) tərtib edilməsində və rəsmiləşdirilməsində müvafiq qaydalara əməl olunması;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına riayət olunması;
  • Daxili intizam qaydalarına riayət edilməsi;

Bu vəzifə təlimatında müəyyən edilmiş vəzifə və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

İş Sumqayıt şəhərindədir.

Tələblər:

  • Müvafiq və ya bənzə rsahə üzrə Ali təhsil;
  • 5 il mühasibatlıq sahəsində iş təcrübəsi olmalı;
  • Müvafiq sahə üzrə magistr təhsili və ya sertifikatlarının olması üstünlükdür;
  • Beynəlxalq standartlara əsasən iş təcrübəsi arzuolunandır

Bilməlidir:

  • Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktlarını;
  • Vergi qanunvericiliyinin əsaslarını;
  • Cəmiyyətin  əmr və qərarlarını;
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, metodiki-normativ və başqa rəhbər materiallarını;
  • İdarələrdə mühasibat hesabatının metod və formalarını;
  • Maliyyə aktivlərinin, risklərinin və gəlirlərinin qiymətləndirilməsini;
  • Hesabatların plan və korrespondensiyasını;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
  • İdarənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını;
  • Hesablama texnikasının istismarı qaydalarını;
  • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını;
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Əmək haqqı: 1200-1600 AZN

Telefon: 012-5961868

Email: office@hcb.az

Mənbə: hcb.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.