» » » Əlavə dəyər vergisindən azad edilən mallar

Əlavə dəyər vergisindən azad edilən mallar

posted in: Uncategorized | 0
birbank biznes

Əlavə dəyər vergisinin ödənilməsindən aşağıdakılar azad edilir:

a) özəlləşdirmə qaydasında dövlət müəssisələrindən satın alınan əmlakın dəyəri, habelə dövlət mülkiyyəti əsasında yaradılmış icarə müəssisələrindən icarə haqqı;

b) sığorta və yenidən sığorta əməliyyatları, borcların verilməsi və keçirilməsi, habelə pul əmanətləri, hesablaşma, cari və digər hesablar üzrə aparılan əməliyyatlar;

v) qanuni tədiyə vasitələri olan valyutanın, pulların, banknotların (numizmatika  məqsədləri üçün istifadə edilənlərdən başqa), habelə qiymətli kağızların (səhmlərin, istiqraz vərəqələrinin, vərəqələrin, sertifikatların, veksellərin və s.) təvadülü ilə bağlı əməliyyatlar*;

q)poçt markalarının (kolleksiya markalarından başqa), markalanmış açıqcaların, zərflərin, lotereya biletlərinin satışı;

ğ) səlahiyyəti olan orqanların yerinə yetirdikləri və müqabilində dövlət rüsumu tutulan hərəkətlər;

e)xalq təhsili sahəsində tədris-istehsal prosesi ilə bağlı olan xidmətlər, uşaqların və yeniyetmələrin dərnəklərdə, bölmələrdə, studiyalarda təhsilinə, idman qurğularından istifadəyə görə haqq, habelə uşaqların məktəbəqədər müəssisələrdər saxlanması, xəstələrə və qocalara baxılması sahəsində xidmətlər ;

ə) Kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbuat kütləvi informasiya vasitələri məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);

j) dəfnbürolarının   və   qəbiristanlıqların   mərasim xidmətləri, dini təşkilatlar tərəfindən ayinlər və mərasimlər keçirilməsi*;

z) mədəniyyət və incəsənət müəssisələri, dini birliklərin xidmətləri, teatr-tamaşa, idman, mədəni-maarif, əyləncə tədbirləri, o cümlədən videonümayiş;

i) Azərbaycan Respublikasının büdcəsi hesabına görülən geoloji-kəşfiyyat, elmi-tədqiqat, təcrübə-konstruktor və layihə-axtarış işləri, xalq təhsili müəssisələrinin təsərrüfat müqavilələri üzrə gördüyü işlər;

l) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.06.97-ci il tarixli 61 * -li Qərarında nəzərdə tutulan Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilən mallar:

m) əlillər cəmiyyətinin müəssisə, təşkilat və kooperativlərinin istehsal etdiyi mallar, gördüyü işlər və göstərdiyi xidmətlər;

n) Respublika Pensiya fondunun kommersiya fəaliyyətindən əldə etdiyi gəlir;

o) təhsil müəssisələrində ictimai-iaşə obyektlərinin gəlirləri;

r) beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlər əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borclar hesabına mənzil tikintisinə dair məqsədli sosial-mədəni proqramların (layihələrin) həyata keçirilməsi, yaşayış və məişət təyinatlı obyektlərin, infrastrukturun, evtikmə kombinatlarının və texnoloji xətlərin tikintisi, xarici ölkələrin və Azərbaycan Respublikasının məsləhət müəssisələrinin xidmət göstərməsi, habelə malların alınması, bütün növ işlərin görülməsi, xidmətlərin göstərilməsi bu bənd 1996-cı il-də ödənilməyən əlavə dəyər vergisi məbləğlərinə də şamil edilir: bu bəndin açılışı aşağıda verilir:

– mənzil tikintisinə dair məqsədli sosial proqramların (layihələrin) həyata keçirilməsinə – məktəb və məktəbəqədər uşaq müəssisələrinin tikintisi,  klub və klub tipli tikintilər, bədən tərbiyəsi və idman sağlamlıq komplekslərinin tikintisi, su, istilik və elektrik şəbəkələrinin, yaşayış və məişət təyinatlı obyektlərin tikintisi, infrastrukturaya-mehmanxanaların, yataqxanaların, yeməkxanaların, məişət evlərinin tikintisi, kommunikasiya xətlərinin və yolların çəkilişi aid edilir;

–   evtikmə kombinatlarının və texnoloji xətlərin tikintisinə yaşayış obyektlərin tikintisi və quraşdırılması ilə məşğul olan müəssisələrin tikintisi, istehsal texnoloji proseslərin həyata keçirilməsini təmin edən qurğuların tikintisi aid edilir;

–   xarici ölkələrin və Azərbaycan Respublikasının məsləhət müəssisələrinin xidmət göstərməsinə – beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə yardımı, kreditlər və borclar hesabına məsləhət müəssisələrinin (auditor, konsaltinq, hüquqi və iqtisadi məsləhət) göstərdiyi xidmətlər aid edilir.

s) qəzetlərin və jurnalların satışı üzrə dövriyyələr.

Aşağıdakı əməliyyatlardan əldə olunan gəlir “0” (sıfr) faiz dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilir:

a)Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin hüdudlarından kənara ixrac edilən mallar (işlər, xidmətlər) və Azərbaycan Respublikasından idxal olunan mallara (işlərə və xidmətlərə) əlavə dəyər vergisi tətbiq edən Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərə ixrac edilən mallar (işlər, xidmətlər);

b)xarici diplomatik nümayəndəliklərin, onlara bərabər tutulan qurumların, habelə onların diplomatik və inzibati-texniki heyətinin rəsmi və şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər;

v)şəhər sərnişin nəqliyyatının (taksidən başqa) xidmətləri, habelə dəmir yolu və avtomobil nəqliyyatı ilə şəhərətrafı sərnişin daşımaları sahəsində xidmətlər;

q)orta məktəb dərslikləri, uşaq ədəbiyyatı;

ğ) mənzil kirayəsi, o cümlədən yataqxanalarda yaşamağa görə haqq.

d) dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən, habelə respublika Nazirlər Kabinetinin razılığı ilə beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, xarici hüquqi və fizika şəxslərik ayırdıqları əvəzsiz maliyyə yardımları hesabına xammal, mal, material və avadanlıqların alınması və bütün nov işlərin görülməsi, xidmətlərin göstərilməsi.

Əlavə dəyər vergisinin ödənilməsindən azad edilmiş malların (işlərin, xidmətlərin) siyahısı Azərbaycan Respublikasının bütün ərazisində vahiddir.