» » » Əlavə dəyər vergisi (ƏDV) nədir?

Əlavə dəyər vergisi (ƏDV) nədir?

posted in: Uncategorized | 0
birbank biznes

Əlavə dəyər vergisi – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 1992-ci ildən Azərbaycan Respublikasında tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) dolayı vergi olmaqla dövriyyədən vergini əvəz etmişdir.


ƏDV ödəyiciləri kimlərdir?

Aşağıdakı rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər ƏDV-nin ödəyicisi sayılırlar:

● ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxslər
● Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər, bu cür idxal malları üzrə
● ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və vergiyə cəlb edilməli olan qeyri-rezident şəxslər, həmin işlər və ya xidmətlər üzrə
● Aksizli malların istehsalçıları və mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər.


Qeydiyyata dair ərizənin tələb edilməsi

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o сümlədən sadələşdirilmiş vergi ödəyicisi hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və satıcıları və mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər istisna olmaqla) növbəti ayın birinci günündən başlayaraq 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

ədv əvəzləşdirilməsi, aksiz vergisi, edv, ədv ödəyiciləri, mənfəət vergisi, mədən vergisi, gelir vergisi, gəlir vergisi