» » » Əsas vəsaitlərin qiymətləndirilməsi

Əsas vəsaitlərin qiymətləndirilməsi

posted in: Uncategorized | 0
birbank biznes

Torpaq, tikili və avadanlıqlar ilk, qalıq və bərpa dəyəri ilə qiymətləndirilə bilərlər.

7№-li MMUS-a uyğun olaraq «İlkin dəyər» aşağıdakılardan ibarətdir:

1.Ödənilmiş pul və ya pul ekvivalentləri məbləği. Yəni torpaq, tikili və avadanlıq obyektinin əldə olunması üçün yalnız pul vəsaitləri ödənilmişdirsə, onun ilkin dəyəri ödənilmiş pul vəsaitlərinin məbləği ilə ölçülməlidir.

2.Torpaq, tikili və avadanlıq obyektinin əldə olunması üçün ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyəri. Yəni torpaq, tikili və avadanlıq obyektini almaq üçün əvəzində pul deyil, hər hansı digər maddi (əsas vəsait, material, azqiymətli əşya, hazır məhsul, mal) və ya qeyri-maddi əşyanın (lisenziya, proqram təminatı, digər istifadə hüquqları) təhvil verilməsi (mübadiləsi) nəzərdə tutula bilər. Belə olan halda, əldə olunmuş aktivin ilkin dəyəri həmin aktivin (alınan əsas vəsaitin) öz ədalətli dəyəri ilə ölçülməlidir. Əgər əldə olunan aktivin ədalətli dəyərini müəyyən etmək mümkün deyildirsə, ilkin dəyər kimi təhvil verilmiş aktivin ədalətli dəyəri müəyyən edilməlidir. Təhvil verilmiş aktivin ədalətli dəyərini də müəyyən etmək mümkün olmadıqda əldə olunmuş aktiv təhvil verilmiş aktivin balans dəyəri ilə, yəni qalıq dəyəri ilə qiymətləndirilərək uçota alınmalıdır.

Ədalətli    dəyəri    ya    qiymətqoyma   üzrə    peşəkar    mütəxəssislərin qiymətləndirmələri əsasında, ya alınan aktivin adi satış qiymətinə istinadən, ya da təhvil verilmiş aktivin adi satış qiymətinə istinadən müəyyən edilə bilər. Aktivin adi satış qiyməti isə ya təchizatçının qiymətləri, ya kütləvi informasiya vasitələrində və xüsusi ədəbiyyatlarda dərc olunan qiymətlər, ya səlahiyyətli hökumət orqanları tərəfindən təqdim olunmuş məlumatlar, ya da peşəkar qiymətləndirmələr əsasında müəyyən edilə bilər.

Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağdakılardır:

– alış qiymətindən hər növ ticarət endirimləri çıxıldıqdan sonra, idxal rüsumları və alışla bağlı əvəzləşdirilməyən vergilər daxil olmaqla, ümumi sərf edilən məsrəflər (ƏDV ödəyicisi olmayan və ya ƏDV ödəyicisi olan, lakin konkret əməliyyat üzrə ƏDV-ni əvəzləşdirmək hüququ olmayan şəxslər aktvin alışı ilə bağlı satıcının ƏDV depozit hesabına ödədiyi ƏDV-nin məbləğini ilkin dəyərə əlavə etməlidirlər);

– aktivdən müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə olunması üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflər;

– obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə müəssisənin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmi.

– həmçinin, əlavə olunur:

  • ərazinin hazırlanması üzrə məsrəflər;
  • çatdırılma və boşaldılma məsrəfləri, quraşdırılma və montaj məsrəfləri;
  • torpaq, tikili və avadanlıq obyektinin düzgün işləyib-işləməməsini yoxlamaq məqsədilə sınaq əməliyyatları üzrə məsrəflər;
  • arxitektorlara, mühəndislərə və digər peşəkar xidmətlərə (məsələn, hüquqşünasın xidmətlərinə) görə verilən mükafatlar;
  • aktivlərin alışı ilə əlaqədar vasitəçi tərəflərə (məsələn, daşınmaz əmlak üzrə agentin xidmətlərinə) ödənilmiş mükafatlar.

7№-li MMUS üzrə Şərhlər və Tövsiyələrdə aktivin ilkin dəyərinə daxil olmayan məsrəflər aşağıdakı kimi verilmişdir:

  • aktivin əldə olunmasına, təyinat yerinə gətirilməsi və işlək hala salınmasına aid olmayan idarəetmə və digər əlavə məsrəflər;
  • işə salma və digər oxşar istehsala hazırlıq xərcləri (bu xərclər, stimullaşdırma fəaliyyətləri kimi, aktivin əldə olunması və ya işlək hala gətirilməsinə aid edilə bilməzsə);
  • aktivin planlaşdırılan fəaliyyət nəticələrini verməsinə qədər çəkilmiş ilkin əməliyyat zərərləri (torpaq, tikili və avadanlıq obyekti vasitəsilə istehsal olunmuş məhsullara tələbat yaranana qədər müəssisənin ilkin olaraq zərər çəkməsi təbiidir. Bu cür zərərlər kapitallaşdırıla və aktivin ilkin dəyərinə daxil edilə bilməz);
  • müəssisənin fəaliyyətlərinin hamısının və ya bir qisminin yerdəyişməsi və ya yenidən təşkili xərcləri;
  • quraşdırılması və ya yığılması zamanı zərər dəymiş avadanlığın təmiri xərcləri (bu cür xərclər adi əməliyyat xərclərinin bir hissəsi kimi qəbul olunur və uçotda aktivin əldə olunması və ya işlək hala gətirilməsinə aid edilən xərclər kimi əks etdirilə bilməz);
  • əldə olunan avadanlıqlarda işçilərin işləməsi üçün treninq xərcləri; · əmlak vergisi;
  • aktivlərin alışı üzrə istifadə olunmamış endirimlər;
  • müəssisə borclara aid edilən xərclərin kapitallaşdırılması siyasətini tətbiq etmirsə, torpaq, tikili və avadanlıqların alınması və tikilməsinə birbaşa aidiyyəti olan borclara aid edilən xərclər.

Torpaq, tikili və avadanlıqların bərpa dəyəri dedikdə, müasir şəraitdə onların yenidən qiymətləndirilməsindən sonra müəyyən edilən dəyəri başa düşülür. Yenidən qiymətləndirmə barədə qərar qəbul olunduqda, nəzərə almaq lazımdır ki, bu əsas vəsaitlər müntəzəm olaraq yenidən qiymətləndirilməlidirlər ki, onların dəyəri

Torpaq, tikili və avadanlıqlar obyektilə bağlı müvafiq başlıq altında

kapitala daxil edilmiş yenidənqiymətləndirmə artımı, aktivin tanınmasının dayandırılması     zamanı      bölüşdürülməmiş     mənfəətə      köçürülə     bilər. Yenidənqiymətləndirmə artımından bölüşdürülməmiş mənfəətə köçürmələr mənfəət və zərər haqqında hesabatda əks etdirilmir.

Torpaq, tikili və avadanlıq obyektinin son qalıq dəyəri gözlənilən xaricolma dəyəri çıxılandan sonra müəssisənin aktivin faydalı istismar müddətinin sonuna nəzərdə tutduğu xalis məbləğdir.

Əsas vəsaitlərin qalıq dəyərini müəyyən etmək üçün əsas vəsaitin ilkin vəya bərpa dəyərindən onun hesablanmış amorizasiyası çıxılır və qalan dəyər əsas vəsaitin qalıq dəyərini ifadə edir. Bu dəyər mühasibat balansında əks olunur.

Əgər aktivin son qalıq dəyəri əhəmiyyətlidirsə, onda:

(a) ilkin dəyər modeli tətbiq edildikdə, qalıq dəyəri aktivin alınma tarixində qiymətləndirilməli və hər balans hesabatı tarixində baxılmalı və əgər zəruridirsə, dəyişdirilməlidir;

(b)yenidən qiymətləndirmə modeli tətbiq edildikdə, aktivin yeni qalıq dəyəri hər növbəti yenidənqiymətləndirmədən sonra təyin edilməlidir.

əsas vəsaitlərin qiymətləndiriliməsi,esas vesaitlerin qiymetlendirilmsi