» » » Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)

Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)

posted in: Uncategorized | 0
birbank biznes

Amortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması deməkdir. Əsas vəsaitlər istifadə olunması nəticəsində köhnəlir, özünün ilkin keyfiyyəti və istifadə olunması imkanları azalır. Köhnəlmə fiziki və mənəvi formada özünü göstərir.

Əsas vəsaitlərin fiziki köhnəlməsi ilə əlaqədar özünün fiziki keyfiyyətini itirir və vəsait işlənməz vəziyyətə düşür. Əsas vəsaitlərin mənəvi köhnəlməsi ölkələrdə aparılan elmi-texniki inkişafla əlaqədar olaraq onların dəyərinin aşağıya düşməsi və daha məhsuldar vəsaitlərin yaranması ilə əlaqədardır.

02№-li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Əsas vəsaitlərin tam bərpası üçün köhnəlmə (amortizasiya) keçmiş SSRİ Nazirlər Sovetinin 22 oktyabr 1990-cı il tarixli 1072№-li əmri ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1990-cı il tarixli 536№-li qərarı ilə Azərbaycan SSR-də tətbiqinə icazə verilən “SSRİ xalq təsərrüfatında əsas fondların tam bərpa-sına hesablanan amortizasiya ayırmalarının vahid normaları” əsasın-da hər ay hesablanaraq məhsulun (işin, xidmətin) maya dəyərinə və tədavül xərclərinə daxil edilir.

Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il, 21-46 №-li əmri ilə Respublika Statistika Komitəsinin 08 iyun 1998-ci il, 8/6-36 №-li razılığı əsasında «Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat»da mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar balanslarında olan əsas vəsaitlərin (fondların)    balans   (ilkin, bərpa) dəyərinə köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunu tətbiq etmək müəyyənləşdirilmişdir.

Lakin Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsi»nin 114-cü maddəsinə amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər üzrə çıxılan məbləğlərə dair bir sıra yeni qaydalar müəyyən edilmişdir.

Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir (Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən):

  • binalar, tikintilər və qurğular7%-dək;
  • maşınlar, avadanlıq və hesablama texnikası25%-dək;
  • nəqliyyat vasitələri25%-dək;
  • iş heyvanları 20%-dək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər25%-dək;
  • qeyri-maddi aktivlər istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər 20%-dək;

istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər bir kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq edilməklə hesablanır.

Binalar, tikililər və qurğular  üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə (amortizasiya) hesabladıqları üçün qəbul olunmuş illik köhnəlmə (amortizasiya) normalarını 12 aya bölməklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.

Mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsərləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.

Mühasibat uçotunda aylıq hesablaşmanı köhnəlmə (amortizasiya) məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabında əks olunur. 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabı passiv hesab olub müəssisənin öz mülkiyyətində olan, uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Vəsaitlərə qanunvericilikdə nəzərdə tutulmuş  normalarla hesablanmış  köhnəlmə (amortizasiya) məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində, istehsal (tədavül) xərclərini uçota alan hesabların, yəni 20№-li «Əsas istehsalat», 23№-li «Köməkçi istehsalat», 25№-li «Ümumi istehsalat xərcləri», 26№-li «Ümumi təsərrüfat xərcləri», 44№-li «Tədavül xərcləri» hesabının debetində əks etdirilir. Bu müxabirləşmədə əsas vəsaitin harada yerləşməsindən asılı olaraq həmin hesabda yazılış aparılır.

İcarəyə verilmiş əsas vəsaitlərə (uzun müddətə icarəyə verilənlərdən başqa) hesablanmış köhnəlmə (amortizasiya) məbləğləri 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində və 80№-li «Mənfəət və zərər» hesabının debetində əks etdirilir. Tam amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanmır.

Müəssisənin mülkiyyətində olan əsas vəsait obyektləri təsərrüfatdan çıxdıqda (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlara hesablanmış köhnəlmə məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının debetində və 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının kreditində əks etdirilir. Tamamilə xarab olmuş yaxud çatışmayan əsas vəsaitlərə hesablanan köhnə məbləğlərinin silinməsi zamanı da eyni yazılış tərtib edilir.

02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabı üzrə analitik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.

02№-li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:

Debet üzrə

Kredit üzrə

02 Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)

 

02 Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)

 

03 Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər 08 Kapital qoyuluşları
47 Əsas vəsaitlərin satışı və sair xaric olmaları

 

20 Əsas istehsalat

 

  23 məkçi istehsalat
  25Ümumistehsalat xərcləri
  26Ümumtəsərrüfat xərcləri
  29 Xidmətedici istehsalat

və təsərrüfatlar

 

  31 Gələcək dövrlərin xərcləri
  43Kommersiya xərcləri
  44Tədavül xərcləri
  79 Təsərrüfatdaxili hesablaşmalar

 

  80 Mənfəətin istifadəsi
  88 Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

 

  89 Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar