İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyicilərinin elektron xidmətlərdən istifadəsini asanlaşdırmaq məqsədilə öz rəsmi səhifəsində bir sıra istifadəçi təlimatları yerləşdirib.
Təlimatlar vasitəsilə vergi ödəyiciləri artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması üçün müraciət edə, “Bina üzrə məlumat forması”nı göndərə və dəqiqləşdirə, habelə fiziki şəxslərin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldıqları yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün müraciət təqdim edə bilərlər.
Həmçinin, İnternet Vergi İdarəsinin “Məktublar modulu”ndan və “Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında məlumat forması”ndan istifadə üçün təlimatlar da təqdim olunub.
DVX bütün vergi ödəyicilərini təqdim olunmuş təlimatlardan faydalanmağa və elektron xidmətlərdən rahat şəkildə yararlanmağa dəvət edir. Təlimatlarla bu link vasitəsilə tanış olmaq olar.
Mənbə: vergiler.az

