» » » Təhsilin İnkişafı Fondu auditor seçir

Təhsilin İnkişafı Fondu auditor seçir

posted in: Xəbər | 0

Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini fevralın 12-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49 C ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Professional Financial Experts” MMC olub. Şirkətə 4 min manat ödənilib.

Mənbə: report.az

Təsisçisi eyni olan şirkətlərin borc verməsi necə tənzimlənir?