» » » Maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirilir

Maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirilir

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığı gücləndirir.

Əməkdaşlıq çərçivəsində tərəflər sektor üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində koordinasiyalı fəaliyyətin təmin olunması, müvafiq tədbirlərin təşkil edilməsi, həmçinin insidentlər, kiberhücumlar və digər təhdidlər barədə qarşılıqlı məlumatlandırmanın həyata keçirilməsi istiqamətində birgə çalışacaqlar.

AMB-nin sədr müavini Vüsal Xəlilov əməkdaşlığın maliyyə sistemində kibertəhlükəsizliyin və dayanıqlılığın artırılmasına töhfə verəcəyini bildirib. O, həmçinin bu təşəbbüsün milli kibermühitin təhlükəsizliyinin gücləndirilməsi yolunda daha sıx əməkdaşlığa doğru mühüm addım olduğunu vurğulayıb.

ETX-nin rəisi Fərid Zeynalov bildirib ki, tərəfdaşlıq nəinki maliyyə sektorunda, ümumilikdə ölkənin kibertəhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsində mühüm rol oynayacaq. O bildirib ki, tərəflər arasında koordinasiyanın artırılması kibertəhlükəsizlik tədbirlərinin daha sistemli şəkildə icrasına imkan verəcək.

Biznes hesabi

Əməkdaşlıq çərçivəsində həmçinin maliyyə sektoru iştirakçıları və geniş ictimaiyyət arasında kibertəhlükəsizlik biliklərinin artırılması məqsədilə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Mənbə: report.az

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika davam edir