» » » Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu standartlarının əsaslandığı ehtimallar

Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu standartlarının əsaslandığı ehtimallar

posted in: Uncategorized | 0

Hesablama metodu

Gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda tanınmalıdır.

Müəssisənin fəaliyyətinin fasiləsizliyi

Müəssisənin fəaliyyətinin fasiləsizliyi konsepsiyası müəssisənin fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur. Adətən, maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri onların qiymətləndirmə əsası kimi istifadə edilir.
Müəssisənin fəaliyyətinin fasiləsizliyi barədə ehtimal aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır.

Əgər müəssisənin ləğv olunacağı ehtimal olunarsa, aktivlərin qiymətləndirilmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan satış dəyərindən (yəni, satış üzrə xərclər çıxılmaqla, satış qiyməti) istifadəsi daha məqsədə uyğundur. Başqa sözlə, əgər müəssisənin yaxın gələcəkdə ləğv olunacağı gözlənilərsə, aktivlərin ehtimal olunan satış dəyəri müəssisə tərəfindən onun öhdəliklərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin gözlənilən mədaxili barədə daha etibarlı məlumatı təmin edəcəkdir.

Müəssisənin uzunmüddətli aktivlərinin amortizasiyası yalnız onun fəaliyyətində müəyyən sabitlik ehtimal olunduqda, məntiqə və
məqsədəmüvafiq hesab oluna bilər. Əgər müəssisənin ləğv olunması labüddürsə, aktivlərin qısamüddətli (dövriyyə) və uzunmüddətli
(dövriyyədənkənar) kimi təsnifləşdirilməsi məqsədəuyğun deyildir. Belə ki, bu zaman, bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər hesab olunur.

Öhdəliklərə gəldikdə isə, maliyyə hesabatlarının istifadəçiləri üçün bu öhdəliklərin kreditorlara ödənişlər prioritetləri əsasında təsnifatı onların, ənənəvi olaraq, qısamüddətli və uzunmüddətli öhdəliklər kimi təsnifatından daha əhəmiyyətli hesab oluna bilər.

Kommersiya təşkilatları, Milli Mühasibat Uçotu standartları

Leave a Reply

Your email address will not be published.