» » » Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi

Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi

posted in: Uncategorized | 0
birbank biznes

Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə işverənlər həmkarlar ittifaqı ilk təşkilatı ilə birlikdə müəssisənin hesabına məzuniyyətlərin başqa növlərini, onların müddətlərinin artırılmasını, məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə əlavə maddi-məişət güzəştlərinin verilməsini kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tuta bilərlər.

Kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan şərtlərlə və qaydalarda, müəssisənin normal fəaliyyətini pozan amillər təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işverənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.