» » » İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 108 manatdır.

İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 38 940 manat ödənilib.

Mənbə: report.az

Təhsilin İnkişafı Fondu auditor seçir