» » » Əmək funksiyası və maddi məsuliyyət

Əmək funksiyası və maddi məsuliyyət

posted in: Uncategorized | 0
birbank biznes

Əmək müqaviləsinin ən vacib bölməsi işçinin əmək funksiyasıdır. İşçinin əmək funksiyalarını müqavilədə bütövlükdə əks etdirmək üçün böyük yer tələb olunduğundan, təcrübədə bu problemi vəzifə təlimatları hazırlamaqla həll edirlər. Vəzifə təlimatlarında işçinin əmək funksiyaları geniş şəkildə əksini tapır. İşçi isə qəbul olunanda bu təlimatlarla tanış olur və onları imzalamaqla razılığını bildirir.

Bəzən müraciət edirlər ki, bir işçi eyni təşkilatda 2 vəzifə daşıya bilərmi? Tutaq ki, müəssisədə kassir işini ofis meneceri görür. Bu hal necə tənzimlənməlidir? Müəssisədə bir vəzifə nə qədər boş qala bilər?

İşçi təşkilatda iki vəzifəni eyni anda cəmi 3 ay daşıya bilər. 3 aydan sonra işçi artıq yalnız əvvəlki işini icra etməli və ya ona həvalə edilmiş işdə işləməlidir. Yaxud da onun əmək funksiyalarına yeniləri əlavə olunmaqla, əmək haqqıda dəyişiklik edilməlidir. Kiçik təşkilatlarda çox vaxt kassir vəzifəsini təşkilatın direktoru, yaxud da başqa bir işçi görür. Bu zaman əlavə işçinin götürülməsinə ehtiyac yoxdur. Tutaq ki, direktor istəyir ki, ofis menecerinə kassanı həvalə etsin. Bu zaman həmin ofis menecerinin əmək funksiyalarına kassir vəzifəsi ilə bağlı əlavələr edilməlidir. Ehtiyac olarsa, işə götürən əlavə əmək funksiyasına görə işçinin əməkhaqqını artıra bilər. Təbi ki, bu işçi ilə işəgötürənin razılığı ilə olmalıdır.

Maddi məsuliyyət

Müəssisədə bəzi vəzifələrdə çalışan işçilər maddi məsuliyyət daşıyırlar. Əmək müqaviləsi bağlanarkən, işəgötürən əmək münasibətləri prosesində vediyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Daha doğrusu belə müqavilələrin bağlanması məqsədə uyğundur. Çünki əmək məcəlləsində göstərilirki, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda, əməlində cinayət tərkibi olan təqsirli hərəkətlər istisna olmaqla, digər hallara işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əməkhaqqı məbləğində maddi məsuliyyət daşıyır. Fikrimizin daha aydın olması üçün misala müraciət edək. Tutaq ki, anbardar vəzifəsində çalışan işçinin cavabdeh olduğu anbarda malların kiçik bir hissə itib və ya xarab olub. Araşdırma zamanı məlum olub ki, bu məsələdə cinayət xarakteri yoxdur. Amma xoşagəlməz hadisə anbardarın məsuliyyətsizliyi ucbatından baş verib. Əgər işəgötürən anbardarlarla tam maddi məsuliyyət haqqında razılaşma bağlamayıbsa, onda anbardar vurulan ziyana görə ancaq orta aylıq əmək haqqı məbləğində məsuliyyət daşıyır. Tutaq ki, əmək haqqı 300 manat dəyən zəyər isə 800 manatdır. Bu zaman anbardar 300 manat ödəməklə məsuliyyətdən azad olur. Amma həmin işçi ilə əvvəlcədən tam maddi məsuliyyət haqqında müqavilə bağlansaydı, onda işçi vurulan ziyanın hamısına görə məsuliyyət daşıyardı. Tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması tələb olunan işçi ilə bu müqavilə əmək müqaviləsi ilə eyni zamada imzalanır. Həmin sənəd əmək müqaviləsinə əlavə olunur.

Əmək funksiyası və maddi məsuliyyət