» » » Xərc kimi tanınma

Xərc kimi tanınma

posted in: Uncategorized | 0

“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 31-ci maddəsində 3 məsələ açıqlanır:

  • Ehtiyatlar satıldıqda, onların qiymətləndirilməsi,
  • Ehtiyatların dəyərinin mümkün xalis satış dəyərinədək silinməsi; və
  • Silinmiş məbləğin bərpası.

Hər hansı ehtiyat satıldıqda, Mənfəət və ya Zərər haqqında hesabatda onun satış zamanı mövcud olan balans dəyəri göstərilməlidir.

Ehtiyatların ilkin dəyəri onların mümkün xalis satış dəyərinədək silinməli olduqda, bu silinən məbləğ silinmə halının baş verdiyi hesabat dövründə göstərilməlidir.

Yuxarıda qeyd edilmiş misalda 2005-ci ildə ehtiyatların dəyərinin 10000 manatdan 7500 manatadək silinməsi tələb olunmuşdur.

Məsələn, 01.01.2006-cı il tarixində ”Xəzər” şirkətinin ehtiyatlarında 100 ədəd televizor mövcud idi. Bu televizorların hərəsinin balans dəyəri 200 manat, ehtiyatların ümumi dəyəri isə 20000 manat təşkil edir.

 

05.01.2006-cı il tarixində 10 ədəd televizor satılır. Beləliklə, bu əməliyyat mühasibat uçotu kitablarında aşağıdakı kimi qeydə alınmalıdır:

 

Dt Satışın maya dəyəri  (701)     2000

Kt Material ehtiyatları    (201)     2000

Beləliklə, bu əməliyyat 2005-ci ilin mühasibat uçotu kitablarında aşağıdakı kimi qeydə alınmalıdır:

Dt Satışın maya dəyəri  (701)  2500

Kt Material ehtiyatları (201)     2500

Silinmiş məbləğlərin bərpa edilməsinə aid hallar yuxarıda artıq izah edilmişdir.

Hazırkı standartın 32-ci maddəsində müəssisənin daxili imkanlar hesabına inşa edilmiş torpaq, tikili və avadanlıqların komponenti kimi istifadə edilmiş bəzi ehtiyatların digər aktivlərin hesabına aid edilə bildiyi qeyd edilir. Məsələn, mühəndis şirkəti həm özü avadanlıq istehsal edə bilər, həm də ehtiyatlarına daxil olan avadanlığın bir hissəsindən istifadə edə bilər.

Belə olan halda, istifadə edilmiş ehtiyatlar müvafiq aktivlərə aid edilir. Həmin bu aktivlərə aid edilmiş ehtiyatlar bu aktivin istismar müddəti ərzində xərc (aktivin amortizasiya xərclərinin bir hissəsi) kimi tanınır.

Məsələn, ”Muğan” şirkəti özü üçün mexaniki dəzgah istehsal edir. Bu dəzgahın hazırlanmasına müəssisə tərəfindən 80000 manat sərf edilmişdir. Bu məbləğdən 30000 manat işçi heyətinə, 35000 manat xüsusi olaraq əldə edilmiş komponentlərə sərf edilmiş və 15000 manat dəyərində  öz ehtiyatlarında olan komponentlərdən  istifadə edilmişdir. Dəzgah hazır olduqdan sonra onun amortizasiya müddətinin 4 il olduğu müəyyən edilmişdir.

 

Ehtiyatlardan götürülmüş komponentlər mühasibat uçotu kitablarında aşağıdakı kimi qeydə alınmalıdır:

 

Dt Aktivlər (111)                                   15000

Kt Material ehtiyatları (201)                 15000

 

Sərf edilmiş ehtiyatlar 20000 manat (80000/4) məbləğində olan illik amortizasiya xərclərinə daxil edilməlidir:

 

Dt Amortizasiya (201)                       20000

Kt  Aktivlər (111)                                20000

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published.