Bu ilin yanvar ayında Azərbaycanda vergi orqanlarına 45 637 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 % azdır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərdən 96,9 %-i ərizə, 3 %-i şikayət, 0,1 %-i təkliflər olub.
Onlardan 55,1 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 44,9 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 70,1 %-i həll olunub, 28,8 %-i barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Daxil olmuş faktiki şikayətlərdən 109-u həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, şəxsi hesab vərəqələri, vergi bəyannamələri, vergi borcu, vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.
Yanvarda Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 36, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 12 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.
Mənbə: report.az
