Mühasib vergi əməkdaşına rüşvət təklifi etdiyinə görə cəzalandırılıb.
Başqırdıstanda (Rusiya) mühasib vergi əməkdaşına rüşvət təklif edib. Başqırdıstan məhkəməsi şirkətlərdən birinin 37 yaşlı əməkdaşı ilə bağlı qərar çıxarıb. O, Federal vergi xidmətinin yerli şöbəsinin əməkdaşına rüşvət təklif etməkdə təqsirli bilinib. İstintaq versiyasına görə, ötən ilin yanvar ayında ticarət şirkətində səyyar vergi yoxlaması keçirilib. Yoxlamanın gedişi zamanı ticarət təşkilatının mühasibi pozuntu hallarını ört-basdır etmək üçün vergi müfəttişinə 200 min rubl rüşvət təklif edib. Razılıq əldə olunduqdan sonra vergi orqanının əməkdaşı fakt haqqında polis orqanına məlumat verib. Qadın həmin məbləği təqdim edərkən, polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs öz təqsirini qismən etiraf edib və məhkəmə qərarı ilə iki il yarım müddətinə şərti cəza alıb. Bundan əlavə, mühasib həm də 600 min rubl cərimə ödəməli olacaq.
Cəzanın həddən artıq yumşaq olduğunu hesab edən prokurorluq məhkəmə qərarından şikayət vermək niyyətindədir.