Sual: Birinci qrup əlil olan fiziki şəxsin oğlunun muzdlu işlə əlaqədar əməkhaqqı gəlir vergisindən azaddırmı?
Cavab: Fiziki şəxslərə münasibətdə gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin (VM) 102-ci maddəsi ilə müəyyən edilmişdir.
Birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa) əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 200 manat məbləğində azaldılır (VM, maddə 102.3).
Qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır (VM, maddə 102.1.6).
Qeyd olunanlara əsasən:
Birinci qrup əlil olan fiziki şəxsin oğlunun muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinə vergi güzəştinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Mənbə: www.vergiler.az