» » » Təsdiqlənmiş əmək müqaviləsinə elektron informasiya sistemində necə baxmaq olar?

Təsdiqlənmiş əmək müqaviləsinə elektron informasiya sistemində necə baxmaq olar?

posted in: Müqavilələr, Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi bildirişi məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi yalnız gücləndirilmiş imza (e-imza və ya ASAN imza) vasitəsi ilə mümkündür.
Bunun üçün işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs gücləndirilmiş elektron imzaya, o cümlədən “ASAN imza”ya (Mobil imza) sahib olmalıdır.

“ASAN imza” (Mobil imza) sertifikatı üçün zəruri olan SİM kartı əldə edilməsi məqsədi ilə bütün mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərinə müraciət edilməlidir. Bundan sonra vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq “ASAN imza” (Mobil imza) sertifikatı alınmalıdır.

İşəgötürən gücləndirilmiş elektron imza ilə elektron informasiya sisteminə daxil olduqdan sonra “Əmək müqaviləsi bildirişlərinin reyestri” pəncərəsi vasitəsi ilə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması, onlara dəyişiklik edilməsi və xitam verilməsi barədə “Bildiriş”lərlə tanış ola, eyni zamanda bir sıra digər əməliyyatları (bildirişi imzala, etibarsız hesab et, bildirişi pdf. formatında yüklə, qeydiyyat məlumatını yüklə, axtarış etmə, bildirişi şablon kimi saxla, şablonların redaktəsi, etibarsız bildiriş əsasında yenı bildiriş daxil etmə) həyata keçirə bilər.
İşçi “Əmək müqaviləsi bildirişi” barədə məlumatı əldə etmək üçün mövcud autentifikasiya vasitəsindən (e-imza kartı, “ASAN imza”, elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı və ya smartfon ilə daxil olma) birindən istifadə edərək https://www.e-gov.az portalına daxil olmalı, daha sonra portalın “E-Xidmətlər” bölməsinin ƏƏSMN tərəfindən təqdim olunan elektron xidmətlər siyahısından “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətini seçməlidir. Adı çəkilən elektron xidmətə daxil olduqda işçi hazırda işlədiyi və ya əvəllər işləmiş olduğu işəgötürənlər tərəfindən sistemə daxil edilmiş Bildirişlər ilə tanış ola, müəyyən edilmiş parametrlər əsasında axtarış apara, “Ətraflı baxış” düyməsi ilə Bildirişin bütün məlumatlarına baxa, yükləyə, bildirişi və ya bildirişin sistemdə qeydiyyata alınmasında dair məlumatı çap edə bilər.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *