Əməyin ödənişi, təhtəlhesab şəxslər və deponentlər üzrə hesablaşmalardan başqa müəssisənin işçi heyəti ilə qalan bütün növ hesablaşmalar 73 N-li “Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar” hesabında uçota alınır. Müvafiq hesabın tərkibində aşağıdakı subhesablar açıla bilər:
73-1 “Kreditə satılan mallara görə hesablaşmalar”;
73-2 “Verilmiş borclar üzrə hesablaşmalar”;
73-3 “Maddi zərərin ödənilməsi üzrə hesablaşmalar”.
İşçilərin üzərinə hesablanmış öhdəliklər 73 N-li hesabın debetində, borcların, zərərin ödənilməsi isə kreditində əks etdirilir.