Bildiyiniz kimi Excelin Pivot Table funksiyası var. Bu funksiyanı mənimsəməklə demək olar ki, istənilən hesabatı və ya istənilən nəticəni almaq mümkündür. Maliyyə ilə məşqul olan bütün şəxslərə bu funksiyanı öyrənməyi tövsiyə edirəm. Bu məqalədə sizə funksiyadan necə istifadə etmək barədə danışmayacağıq. Belə ki youtube-da həm rus dilində, həm ingilis dilində yetərli qədər məlumat mövcuddur.
Bu funksiya ilə işləyənlər bilirlər ki, pivot cədvəllərin əl ilə yeniləməyə ehtiyacı vardır. Birinci dəfə cədvələ baxanda onun yenilənib yenilənməməsini bilmək mümkün deyildir. Misal üçün fərz edək ki bizim hər hansı baza cədvəlimiz var:
Bu cədvəlin əsasında pivot table düzəldək:
İndi əgər biz bazaya yeni mal adı əlavə etsək bunu necə bilmək olar? Bunun üçün pivot cədvəlin yuxarısına köməkçi yoxlama sütunu əlavə edək:
İlkin bazamızdan yeni pivot cədvəl alırıq və onu “yoxlama” adlı sheet-də yerləşdiririk:
Qayıdırıq ilkin pivot cədvəlimizə və əlavə etdiyimiz yoxlama cədvəlində aşağıdakı formulaları yazırıq:
Nəticə olaraq əgər biz bazaya hər hansı yeni sətir əlavə etsək, bizi yoxlama cədvəlimizdə bununla bağlı əlavə məlumat çıxacaq:
Mətndə aydın olmasa aşağıda əlavə edilmiş faylda sizə daha aydın olacaq: