Bu yazıda, biz ən real praktikantların ən maraqlı və faydalı rəylərini toplamışıq. Qoy bu hekayələr yeni başlayan əməkdaşları ruhlandırsın, təcrübəli mütəxəssislərə isə inkişaf üçün yeni imkanlar təklif etsin.
1-ci əhvalat. Öz işinə sevgi və cəsarət
Plan-iqtisad şöbəsinin müdiri Svetlana Ustinova:
“Hələ məktəb skamyasından başa düşürdüm ki, rəqəmlər – onlar bütünlüklə mənimdir. Həmin səbəbdən məktəbi bitirdikdən sonra kim olacağımla bağlı qarşımda hər hansı bir sual dayanmırdı. İqtisadiyyat fakultəsini bitirdim və karyerama iqtisadçı kimi başladım. İqtisadiyyat və mühasibat uçotunun bir-biri ilə sıx bağlı olduğunu çox tez anladım. Sərbəst olaraq əsaslı şəkildə mühasibat uçotunu öyrənməyə başladım, iş yerində dələ kimi dolaşırdım”.
İş karyera yüksəlişi üçün imkanlar təqdim etməlidir və mən plan-iqtisadiyyat idarəsinin rəisi vəzifəsinə kimi yüksəldim.
Müxtəlif sahələrdə çalışdım: beynəlxalq banklarla, büdcə təşkilatları ilə, konsaltinqlə, inşaatla, mənzil-kommunal təsərrüfatı ilə. Bu yaxınlarda isə özümdə cəsarət tapıb kiçik bir firmada sərbəst işə başladım, lakin, eyni zamanda əsas iş yerində də çalışmaqda davam etdim. Bəli, bu çox çətindir. Amma, kimsə demir ki, karyera – asan bir məsələdir.
Tez-tez peşəkar seminarları və şəxsi yüksəliş treninqlərini ziyarət edirəm.
Yeni işə başlayan mütəxəssislərə məsləhətlər:
- Soruşmaqdan çəkinməyin. İlk günlərdən cəsarətlə olun və məsuliyyətdən yayınmayın.
- Rəhbərliyə necə etməklə bağlı sualla müraciət etməyin, öz həll variantlarınızı təklif edin.
- Ən başlıcası – öz işinizi sevin, təcrübə toplayın və sizdə hər şey alınacaqdır!
Biz söhbətə sevgi haqqında sözlərlə başladıq, çünki peşədə inkişaf etmək ən populyar və təbii bir motivdir. Bir çoxunuz işinizə səmimi maraq göstərdiyinizi, rəqəmlərin uyğunluğu və hesabatların harmoniyasında gözəlliyi görmək qabiliyyəti barədə yazmısınız.
Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz:
-
Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (1-ci hissə)
-
Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (2-ci hissə)
-
Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (3-cü hissə)