İstənilən şirkətin fəaliyyəti işçi heyətin əmək vəzifələrini nə dərəcədə keyfiyyətlə yerinə yetirməsindən asılıdır. Əməkdaşların əməyin yaxşı nəticələrində maraqlı olması biznesin uğurlu inkişafının rəhnidir. Personalın öz vəzifələrini nəinki tam yerinə yetirməsi üçün, həm də əlavə səylər göstərməklə həvəsləndirmək, keyfiyyətli idarəçiliyin vəzifələrindən biridir.
Əməyin effektivliyinin yüksəldilməsinin müsbət stimullaşdırılması metodlarını və ya motivasiya metodlarını dövlət və özəl sektordan olan və uğur qazanmağı qarşısına məqsəd olaraq qoyan şirkətlər tətbiq edir. Bu, resursları daha səmərəli şəkildə bölüşdürməyə və daha çox fayda verə biləcək işçilərin fəaliyyətini stimullaşdırmağa imkan verir.
Anlayış və tərif
Əmək məhsuldarlığını artırmağın bir yolu olaraq motivasiyanın əsasında subyektin psixologiyası dayanır. Motivasiya sisteminin əsasını təşkil edən bütün psixoloji nəzəriyyə və metodlar, əməkdaşda öz işini keyfiyyətlə yerinə yetirməyi formalaşdırmağa yönəlmişdir. Əmək məhsuldarlığının yüksəldilməsi istəyinin xaricdən təzyiq yolu ilə deyil, fərdin öz daxili işinin nəticəsi olaraq ortaya çıxması, çox mühümdür. Şirkət rəhbərləri və HR-mütəxəssislər işçinin davranışını şirkət üçün arzu olunan istiqamətə dəyişdirmək və yönəltmək üçün psixoloji üsullardan istifadə edirlər.
İqtisadi sahədə motivasiya, daxili və ya xarici psixo-fizioloji proses, amma, daxili fəaliyyətin aktivləşdirilməsinə, iqtisadi subyektin (əməkdaşın, menecerin, kontragentin, müştərinin) müəyyən məqsədlə fəaliyyət göstərməyə sövq edilməsi kimi başa düşülür. Bu zaman fəaliyyətə maraq əvvəldən mövcud olmalıdır və elmi cəhətdən düzgün psixoloji zəminə əsaslanan təşəbbüs metodlarını tətbiq etmək zəruridir.
İşçi heyətin və əmək fəaliyyətinin motivasiyası dar, sırf kadr anlamında şirkətin əməkdaşı üçün müxtəlif səviyyəli tələbatların, həmçinin daxili gözləntilərin yerinə yetirilməsindən ötrü kompensasiya kimi ödənilməsi imkanlarının yaradılmasıdır. Bu prosesdə işçinin şəxsi məqsədlərinin təşkilatın məqsəd və vəzifələri ilə birləşməsinə nail olmaq lazımdır.