» » » Ödәnişsiz mәzuniyyәtin verilmə qaydalarını tam bilirikmi?

Ödәnişsiz mәzuniyyәtin verilmə qaydalarını tam bilirikmi?

posted in: Xəbər | 0

Ödәnişsiz mәzuniyyәtin verilmə qaydalarını tam bilirikmi?


Sual: İşçilәrә ödәnişsiz mәzuniyyәt verilәrkәn hansı qaydalara әmәl edilmәlidir? Bu mәzuniyyәtlәrin verilmәsi hansı qaydada aparılmalı vә rәsmilәşdirilmәlidir?

Cavab: Әmәk Mәcәlәsinin 129-cu maddәsinә әsasәn, ödәnişsiz mәzuniyyәtlәr bu Mәcәllәdә nәzәrdә tutulmuş hallarda işçilәrin xahişi vә ya tәrәflәrin qarşılıqlı razılığı ilә verilir.

İşәgötürәnlә işçinin qarşılıqlı razılığına әsasәn, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulan hallarda, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәrlә işçilәrә müddәti altı aydan çox olmayaraq tәrәflәrin mülahizәsinә әsasәn müәyyәn edilәn ödәnişsiz mәzuniyyәt verilә bilәr. Әmәk Mәcәllәsinin bu maddәsinә әsasәn, 6 aya qәdәr ödәnişsiz mәzuniyyәtin verilmәsindә әsas şәrt işәgötürәnlә işçinin qarşılıqlı razılığıdır.

Biznes hesabi

Tәrәflәrdәn birinin, o cümlәdәn işçinin rәsmi yazılı razılığı vә ya әrizәsi olmadan, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulmayan, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәr olmadan, işәgötürәnin әmri ilә işçinin 6 aya qәdәr ödәnişsiz mәzuniyyәtә göndәrilmәsi Әmәk Mәcәllәsinin bu maddәsinә uyğun deyil vә işçinin әrizәsi әsasında mәhkәmә qaydasında etibarsız hesab oluna bilәr.

Әmәk Mәcәllәsinin 130-cu maddәsindә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәr isә işçilәrin xahişi ilә bir iş ilindә müddәti bu maddәdә nәzәrdә tutulan qaydada verilir: Bu maddәdә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәrә çıxmaq üçün işçinin әrizәsi ilә bәrabәr hәkim mәslәhәt komissiyasının rәyi, әlillik qrupu barәdә sәnәd, müharibә veteranı vәsiqәsi, tәhsil müәssisәsinin arayışı, seçki komissiyasının arayışı vә sair tәsdiqedici sәnәdlәrdәn biri tәqdim edilmәlidir.

Ailә, mәişәt vә başqa sosial mәsәlәlәri hәll etmәk üçün işçilәrә 7 tәqvim gününәdәk ödәnişsiz mәzuniyyәtlәr verilәrkәn digәr heç bir sәnәd tәqdim edilmәdәn işçinin әrizәsi tәqdim edilmәlidir. Mәzuniyyәtlәrin verilmәsi işçinin әrizәsi әsasında işәgötürәnin әmri ilә rәsmilәşdirilir.

Әmrdә işçinin adı, atasının adı vә soyadı, vәzifәsi (peşәsi), verilәn mәzuniyyәtin növü, müddәti, müvafiq iş ili, mәzuniyyәtin başlandığı, qurtardığı vә mәzuniyyәt müddәti bitdikdәn sonra işçinin işә başlamalı olduğu il, ay, gün göstәrilmәlidir.

Mənbə: labourrights-az.org


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *