Oxunma sayı: 758
Al Capone’un peşələrindən biri - Əsasən qanqster və mafyoz kimi tanınsa da digər peşəsi mühasib olub.
Ailə qurduqdan sonra o, Brooklyn’də məhşur cinayətkar olan Frankie Yale’in yanındakı işdən ayrılır, Baltimora yerləşir və burada mühasib kimi fəaliyyət göstərib. Tarixdə mafiya kralı kimi tanınmasına baxmayaraq, mühasibatın da kralı ola bilərdi. Sakit, təvazökar və çox cəsarətli mühasib olan Frank Wilson Capone əleyhinə dəlil tapıb cinayət işi açdırmağı bacarmışdı. Uzun müddət dövlət qurumlarının səyinə baxmayaraq, onu fırıldaqçılıq və vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edə bilmirdilər, çünki ölkənin ən yaxşı vəkilləri mafiyaya xidmət edirdi. Məhz mühasib Frank Wilson Caponeyə aid olan müəssisələrdən müsadirə edilmiş sənədləri bir neçə on illiklər boyu vergi sisteminin öyrənilməsi nəticəsində vergidən yayınmasını sübut etmişdir. Buna əsaslanaraq Al Capone məhkum edilir. Məhz bu professional mühasibin səyi nəticəsində “Mafiya Kralını” tutmaq mümkün olub.