» » » Mənfəət vergisi və bəyannaməsi üzrə nəzəri və praktiki təlim

Mənfəət vergisi və bəyannaməsi üzrə nəzəri və praktiki təlim

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Mənfəət Vergisi və Bəyannaməsi üzrə təlim

Təlim mənfəət vergisinin, gəlirdən çıxılan xərclərin Azərbaycan Respublikasının vergi qanunvericiliyi, vergi məcəlləsi və digər qanunvericilik aktları üzrə tənzimlənməsi qaydalarını, vergi məcəlləsində gözlənilən dəyişiklikləri, mənfəət bəyannaməsinin və onun 1 saylı əlavəsinin hazırlanmasını əhatə edir.

Həmçinin təlim mənfəət vergisi və bəyannaməsi ilə bağlı məsələlərin, mühasiblər üçün problem doğuran sualların geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq. Mənfəət vergisi, gəlir və xərclərlə bağlı vergi məcəlləsinin bütün maddələri geniş şəkildə praktiki izah ediləcəkdir.

Təlim Baş mühasib, mühasib, mühasib köməkçiləri, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Təlimçi barədə:

Qənbərov Azər Oqtay oğlu

UNEC-də və Bakı Mühəndislik Universitetində «Vergilər və vergitutma», «Vergi inzibatçılığı», «Vergi Müqavilələri», «Vergi auditi», «Vergi planlaşdırılması», «Rəqəmsal iqtisadiyyat və vergiqoyma» fənlərini tədris edir.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəffəqiyyətlə vermişdir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malikdir.


Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • Mənfəət vergisi ödəyiciləri, vergitutma obyekti və vergidən azadolmalar;
  • Gəlirdən çıxılan və çıxılmayan xərclər;
  • Mənfəət bəyannaməsi və 1 saylı əlavənin tərtibatı;
  • Amortizasiya ayırmaları;
  • Təmirlə bağlı xərclərin, əmək haqqı və sosial sığorta ayırmalarının gəlirdən çıxılması;
  • Zərərin keçirilməsi;
  • Ödəmə mənbəyində vergilərin hesablanması;
  • Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlirlər;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Kassa və hesablama metodları;
  • Uzunmüddətli müqavilələr;
  • Əmtəə material ehtiyatlarının uçotu;
  • Maliyyə lizinqi əməliyyatları;
  • Aktivlər təqdim edilərkən gəlir və zərərin müəyyən edilməsi;
  • Hüquqi şəxsin ləğvi, yenidən təşkili və yaranması;
  • Bəyannamənin, habelə ödəmə mənbəyində vergi bəyannamələrinin təqdim edilməsi, cari vergilərin hesablanması;
  • Real keyslər, testlər, məsələlər.

Keçidə daxil olmaqla proqramı əldə edə bilərsiniz: Mənfəət Vergisi və Bəyannaməsi üzrə nəzəri və praktiki təlim (276 downloads )


Təlimin Keçirilmə yeri: Caspian Plaza.

Təlim Materialları: İştirakçılar hər bir dərs üzrə təlim materialları ilə təmin olunurlar.

Əvvəlki kurslarımızın tələbələri üçün 10% endirim nəzərdə tutulub.

Təlimin ödəmə üsulu: online


 

Təlimə dair əlaqə üçün:

Telefon: (+994) 12 310 09 29

Mobil:    (+994) 50 225 81 05

Email: info@muhasibat.az

Veb səhifə: www.muhasibat.az