» » » Malsatan və podratçılarla hesablaşmalar

Malsatan və podratçılarla hesablaşmalar

posted in: Uncategorized | 0
birbank biznes

Bu, uçotda ən çox istifadə olunan hesablaşmalardan olmaqla malsatan və podratçılarla olan bütün növ hesablaşmaları özündə əks etdirir. Əsasən bunlara aşağıdakılar daxildir:

– alınmış mal-material qiymətlilərinə, yerinə yetirilmiş işlərə və istehlak tələbatı üçün qəbul edilən elektrik enerjisi, su, kommunal və digər xidmətlərə, habelə daşınma və emala görə alınmış sənədlərə əsasən hesablaşmalar;

– haqq-hesab planlı ödəmələr qaydasında aparılan mal-material qiymətliləri, iş və xidmətlərə görə hesablaşmalar;

– mal-material qiymətlilərinin, iş və xidmətlərin qəbulu zamanı aşkar edilən artıqgəlməyə görə hesablaşmalar;

– daşınmalar üzrə göstərilmiş xidmətlərə, rabitə xidmətinin bütün növlərinə, həmçinin başqa iş və xidmətlərə görə hesablaşmalar.

Alınmış mal-material qiymətliləri iş və xidmətlər mədaxil edildikdə müvafiq hesabların debetinə, 60 N-li hesabın isə kreditinə yazılış etməklə mühasibat köçürməsi rəsmiləşdirilir. Kreditor borclar ödəndikdə isə uçotda 60 N-li hesabın debeti digər hesabların kreditində əks etdirilir.

Qarşılıqlı hesablaşmaların dəqiq olması üçün vaxtaşırı olaraq, müəssisə malsatan və podratçılarla birlikdə mövcud olan qalıqları tutuşdurur.

Əgər məhsulun dəyəri əvvəlcədən ödənilibsə, bu, 61 N-li “Verilmiş avanslar üzrə hesablaşmalar” hesabında qeydə alına bilər. Məhsul, iş və xidmət alındıqdan sonra 60 N-li hesabla qarşılıqlı zaçot edilir.