birbank biznes

Vergi Məcəlləsinin (VM) 172.1-ci maddəsinə görə digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlərin göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır.

Vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu xidmətlərin faktiki göstərildiyi vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır) (VM, maddə 172.4.4).

Qeyd olunanlara əsasən:

Vergi qanunvericiliyinə uyğun olaraq, elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən verilir. Malların komissiyaya verilməsi malların təqdim edilməsi hesab olunmadığından, komissiya qaydasında satış məqsədilə verilmiş mallara görə agentə qaimə-faktura və ya elektron qaimə-faktura təqdim edilmir. Komissiyaya qəbul edilmiş mallar «Malların təhvil-qəbul aktı» ilə sənədləşdirilir və malların komissiyaya qəbul olunması ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.

Malların komissiya qaydasında satışı zamanı agent tərəfindən vəkalət verənə malların satışı üzrə göstərdiyi xidmətlərə görə qaimə-faktura və ya elektron qaimə-faktura verilir.

© vergiler.az

Komissiya Müqaviləsi - YÜKLƏ (958 downloads )

Malların təhvil-qəbul aktı - YÜKLƏ (673 downloads )