» » » KOBİA auditor seçir

KOBİA auditor seçir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2025-ci il üzrə illik maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 67,10 manatdır.

İddiaçılar təkliflərini martın 5-nə qədər KOBİA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 5-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Biznes hesabi

Ötən il bu sorğunun qalibi “NR Proaudit” MMC olub. Şirkətə 5 min manat ödənilib.

Mənbə: report.az

Transfer qiymətləndirilməsi – hüquqi və praktik aspektlər