» Vakansiya: Daxili Audit Departamentinin Direktoru

Vakansiya: Daxili Audit Departamentinin Direktoru

0

Vakansiya Daxili AuditVakansiya: Daxili Audit Departamentinin Direktoru.

İşəgötürən: AtaSığorta ASC.

Əmək haqqı: Razılaşma ilə.

Vakansiya barədə məlumat

• DAD fəaliyyətlərinin Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• DAD-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;
• Risklərin qiymətləndirilməsi əsasında DAD planının hazırlanması;
• Risk qiymətləndirməsinin əsasda auditin icrası;
• DAD planının yekunlaşdırılması və Təftiş Komissiyası tərəfindən təsdiqinə nail olmaq;
• Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Təftiş Komissiyasının diqqətinə çatdırılması;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;
• Bütün DAD yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;
• DAD-nin fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatın çatdırılması;
• DAD tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
• Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləyib işləmədiyini yoxlamaq;
• Sığorta fəaliyyətinin qanunauyğunluğunu yoxlamaq;

Auditor üçün tələblər

• Ali təhsil (Hüquq və ya İqtisadi sahədə)
• Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi
• Hər hansı uyğun peşəkar kvalifikasiyalar üzrə sertifikatlar üstünlükdür
• MS Office proqramlarının peşəkar istifadəçisi (xüsusilə Excel);
• Sərbəst Azərbaycan dili və İngilis dili, Rus dili üstünlükdür;
• Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
• Müstəqil qərarvermə qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyləri hazırlama və yazma bacarığı.

CV-nizi yegane.karimova@atasigorta.az / info@finstaff.az mail ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to admin@audit.az