» Vakansiya: Mühasib köməkçisi – PRO CON izo

Vakansiya: Mühasib köməkçisi – PRO CON izo

0

PRO CON izo

Vakansiya: Mühasib köməkçisi tələb olunur

İşəgötürən: PRO CON izo

Əməkhaqqı: 600 AZN

İş barədə məlumat:

• Aylıq, rüblük və illik statistika, DSMF, ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
• Əməkhaqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
• Əməliyyatların 1C proqramına işlənilməsi;
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
• Ümumi satışlar üzrə elektron qaimə fakturaların yazılması və 1C proqramına işlənməsi;
• Bank və kassa əməliyyatlarının icrası;
• İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan – 18:00 -dək; Şənbə: 09:00-dan-13:00-dək;
• Nahar vaxtı 13:00-14:00;
• İstirahət günləri – Bazar;
• Əməkhaqqı – 600 AZN

Namizədə tələblər:

• Xanım mühasiblər;
• Məsuliyyətli, dəqiq və peşakar;
• Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə bilikləri;
• MS Office, BTP və 1C 8.3 mühasibatlıq proqramından istifadə bacarıqları;
• Yaş: 22 – 35 yaş;
• Təhsil: Ali;
• İş təcrübəsi: 2 il;

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) hr.department@main.az / info@finstaff.az elektron ünvanına mövzu hissəsində Mühasib köməkçisi qeyd etməklə göndərə bilərlər.

Mənbə: finstaff.az

To apply for this job email your details to info@finstaff.az