» Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis – Sinteks Group of Companies

Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis – Sinteks Group of Companies

0

Sinteks Group of Companies

Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis tələb olunur

İşəgötürən: Sinteks Group of Companies

Əməkhaqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 25 - 35 yaş
Telefon: 
Təhsil: Ali
Email: [email protected] / [email protected]

 

Vakansiya barədə məlumat

Vəzifənin rolu:

İnsan Resursları üzrə Mütəxəssisin rolu departamentin fəaliyyətinin administrativ bölməsinə dair sənəd prosesini təşkil etmək, işə qəbul, işdən çıxış və vəzifə dəyişikliyi ilə bağlı məlumatları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat bazasına daxil etməkdir.

Vəzifə öhdəlikləri:

• İşçilərin şəxsi qovluğu üçün sənədləri hazırlayır;
• Elektron Hökumət portalına və İR ERP sisteminə tələb olunan məlumatları daxil edir və yeniləyir;
• İşə qəbul, işdən çıxış və vəzifə dəyişikliklərinə dair sənədləri hazırlayır;
• İntizam tənbehinin tətbiqinə dair sənədləşmə aparır;
• Bank kartları və əmək kitabçalarını sifariş edir;
• İllik məzuniyyət planını hazırlayır;
• Məzuniyyətləri rəsmiləşdirir və “əmək qabliyyətinin olmaması” vərəqələrini toplayır və ERP sistemə daxil edir;
• Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlayır və ERP sistemə daxil edir;
• Əməkhaqqı prosesi ilə bağlı məlumatları ERP sistemə daxil edir;
• İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir.

Namizədə tələblər

Təhsil:

• Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil;
• İR Administrasiyası üzrə sertifikat.

Təcrübə:

İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi.

Professional biliklər:

• İR Administrasiyası;
• Əmək qanunvericiliyi;
• MS Office və ERP Programları.

Professional bacarıqlar və kompetensiyalar:

• Ünsiyyət bacarıqları;
• Zamanın idarəolunması;
• Problem həll etmə;
• Məsuliyyət;
• Detallara diqqət.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd edərək [email protected] / [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

To apply for this job email your details to info@finstaff.az